“Sevgililər” üçün -Səhər yeməyi

Baxış sayı: 1. 243

Tərkibi:

  • 4 yumurta
  • 15 qr süd
  • 1 x/qaşığı göyərti (istənilən göyərti)
  • 1 x/qaşığı yaşıl soğan
  • Duz, istiot zövqə görə
  • Yağ qızartmaq üçün

Hazırlanması:

Yumurtaların ağını sarısından ayırın. Yumurtanın ağına incə-incə doğradığınız istənilən göyərtini əlavə edin. Yumurta sarısına isə süd əlavə edin. Həm yumurta sarısına, həm də ağına duz və istiot əlavə edin. Yumurtanın ağını çırpın. Yumurta sarısını da qarışdırın. Sobaya qoyduğumuz tavanı mətbəx fırçası ilə az miqdarda yağlayın. Daha sonra tavanın mərkəzini əhatələyəcək qədər yumurta sarısını tökün. Bir qədər gözləyib taxta qaşıqla bişmiş yumurtanı hissə-hissə rulet formasında bükməyə başlayın. Bükdükcə geri çəkib ön hissədə qalan boşluğa artıq qalmış yumurta sarısını əlavə edərək bükməyə davam edin. Yumurta ağını da eyni qayda ilə əlavə edib rulet formasında vahid bir şəkildə birləşdirin. Bişdikdən sonra ruleti kiçik formada kəsin. Kəsdiyiniz oval formaları mərkəzdən perpendikulyar şəkildə kəsib əks tərəfini çevirərək ürək şəkilli forma verin.

İkinci variant:

  • 4 yumurta
  • 60-80 qr pendir
  • 1 x/qaşığı göyərti (istənilən göyərti)
  • 1 x/qaşığı yaşıl soğan
  • Duz, istiot zövqə görə
  • Yağ qızartmaq üçün

Hazırlanması:

Yumurtanın üzərinə incə-incə doğranmış göyərti, duz və istiot əlavə edib qarışdırın. Sobada qızdırılmış tavanı mətbəx fırçası ilə yağlayıb qarışımı tavaya əlavə edin. Üzərinə sürtgəcdən keçirdiyiniz pendiri əlavə edin. Taxta qaşıq ilə rulet formada bükməyə başlayın. Bir qədər bükdükdən sonra mərkəzə doğru çəkib qalan yumurtanı da eyni qayda ilə töküb bişdikcə bükün. Vahid bir kütlə əldə edənə qədər davam edin. Bişdikdən sonra ruleti kiçik formada kəsin. Kəsdiyiniz oval formaları mərkəzdən perpendikulyar şəkildə kəsib əks tərəfini çevirərək ürək şəkilli forma verin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir