Siqaret

Ağciyəri təmizləyən 6 qida: siqaret çəkənlərin nəzərinə!

Baxış sayı: 1. 453

Xüsusən də astma xəstələri və siqaretdən imtina edənlər qidalanmalarına diqqətlə yanaşmalıdırlar. “Gencaile.az” Aile.lent.az-a istinadən bu cür insanların həyat keyfiyyətini artıran qidaları sıralayıb:

Zəncəfil: Çox qüvvətli antioksidan olan zəncəfil ağciyərləri müxtəlif toksinlərdən, arzuedilməyən zərərlərdən təmizləyir. Buna görə də ya zəncəfil çayı içə bilərsiniz, ya da birbaşa zəncəfili yeyə bilərsiniz.

Sarımsaq: Qüvvətli bir antioksidan olmaqla yanaşı, tərkibində bol miqdarda olan alisin maddəsi ilə ağciyərləri təmizləyir.

Evkalipt: Evkalipt təbii antibiotik olmaqla yanaşı tərkibində yağlar da var. Bu uçucu yağlar ağciyər infeksiyalarına yaxşı təsir edir. Həmçinin qan dövranını artıraraq qanın çoxalmasını təmin edir. Öskürək və boğaz ağrılarına qarşı da bu yağlardan istifadə edilir. Təzə evkalipt çayı bronxit və sinusitə də yaxşı təsir edir. Onu dəmləyib buxarını sormaq öskürək və bronxitə də yaxşı təsir edir.

Ekineziya: Bu bitki soyuqdəymə və öskürək müalicəsində istifadə edilir. Bitkinin kökləri müxtəlif ağciyər infeksiyalarının qarşısının alınmasına da kömək olur.

Keçibuynuzu: Xüsusən də siqaret çəkənlər üçün çox faydalıdır. 5 ədəd keçibuynuzu 1 litr suda qaynadılır və ac qarnına içilir. Bu, siqaretin verdiyi zərərin qarşısını almağa kömək olur.

 

Əmənkömənci: Qaynar suda bir xeyli əmənkömənci qaynadılır və 5-6 saatdan sonra ac qarnına 1 stəkan içilir. Bununla siz ağciyərlərinizdə siqaretin pis təsirlərini azaldırsınız. Əmənkömənci həmçinin bəlğəmi təmizləyir və ağciyər xərçənginin qarşısını alır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir