Vərəmin əlamətləri
Yoluxucu bir xəstəlik olan vərəm ağciyərə təsir göstərməklə yanaşı beyin və sümüklərə də mənfi təsir göstərir.
Əlamətləri:
Üç həftədən çox davam edən öskürək.
Öskürəyin bəlğəmli, hətta qanla olması.
Yüksək hərarət.
Gecələr tərləmək.
İştahsızlıq və arıqlamaq.
Halsızlıq və yorğunluq.
Müalicəsi varmı və nə qədər müddət davam etdirilir?
Vərəm müalicəsi olan bir xəstəlikdir. Amma önəmli olan məqam daima həkim nəzarətində olmaq və verilən müalicəni təxirə salmadan davam etdirməkdir. Əks təqdirdə sağalsanız belə yenidən yoluxa bilərsiniz.Vərəm müalicəsi adətən 6-9 ay davam edir. Bu müddətdən daha tez özünüzü yaxşı hiss etsəniz belə həkimin yazdığı müalicəni yarıda buraxmamalısınız. Əgər müalicə yarıda qalarsa yenidən yoluxmaqdan başqa müalicənin fayda verməyəcəyi bir həddə çata bilər.
Necə yoluxulur?
Vərəm yoluxucu bir xəstəlikdir. Vərəmi ancaq vərəm mikrobu orqanizmində aktiv olan şəxslərdən yoluxula bilər. 15 günlük müalicə almış və ya tüberküloz ağciyərdə deyil digər bir orqandadırsa bu yoluxucu deyil. Digər mikroblar kimi vərəm mikrobu da qapalı bir məkanda öskürdükdə və ya asqırdıqda yaşamaqlarına davam edərlər. Beləliklə də digər şəxslərin yoluxmasına yol açarlar. Ətrafdakı hər şəxs vərəmə yoluxmaz. Yoluxmaq üçün ətrafdakı şəxsin immunitet sistemi və ətrafdakı vərəm mikrobunun sayı böyük əhəmiyyət daşıyır.
Vərəm müalicəsində qidalanma necə olmalıdır?
Yuxunun nizamlı olması, siqaret və spirtdən istifadə etməmək, təmizliyə riayət etmək və sağlam qidalanmaq çox əhəmiyyətlidir. Sağlam qidalanmaqla yanaşı ideal çəkinin qorunması da əhəmiyyətli məqamlardandır.
İmmunitet sisteminin zəifləməsinə səbəb olan faktorlar.
Orqanizmin immunitet sisteminin zəifləməsində rol oynayan bir çox faktorlar vardır. Yağ və un qəbulunun artması, spirt qəbulu, stress, hərəkətsizlik kimi faktorlar infeksiyaların artması və immunitet sisteminin zəifləməsinə səbəb olmaqdadır. Eyni zamanda vitamin çatışmamazlığı da böyük əhəmiyyət daşıyır. Qısacası vərəmin müalicəsində ən əhəmiyyətli faktorlardan biri sağlam qidalanmaqdır.
Təkrar yoluxmaq mümkündürmü?
Vərəm müalicəsi alınsa belə həmin şəxsin yenidən vərəmə yoluxması mümkündür. İkinci dəfə yoluxarsa müalicəsi daha uzun müddət çəkə bilir.
Kimlərin yoluxma riski yüksəkdir?
Vərəm xəstəsi ilə eyni evdə yaşayan və ya eyni məkanda uzun müddət qalanlar.
Spirtli içki içənlər.
Yaşlılar.
Həbsxanada və ya kütləvi halda yaşanılan digər yerlərdə yaşayanlar.
Sağlamlıq işçiləri.
HİV virusu daşıyanlar.
Şəkər xəstələri.
Ağır böyrək və qaraciyər xəstəlikləri olanlar.
Salam men 1 defe verem qarsi peyvend vurulub qoluma ve qizarti emele gelib bu neden ola biler ?
Salam mene 1 defe verem qarsi peyvend vurulub qoluma ve qizarti emele gelib bu neden ola biler ?
Qizarti varsa veremdi
Men azerbsycanda yawsmirsm.men dr verem copu tapiblar,6 ay evvelde beyin tumorunden emelyyst olmuwam,(xerceng deyil)bunlar bir biri ile elaqeli ola bilerlermi?cunki yoluxmagim ucun hec bir sebeb yoxdu,tam saglam heyat terzi keciren biriyem,aile uzvlerim de hrc bir wry cixnayib