Dərdə həmdərd olmaq insanın ömrünü qısaldırmış

Baxış sayı: 1. 356

Araşdırmalar nəticəsində məlum olub ki, başqalarının yaşadığı çətinlikləri dinləmək kədərlənməklə bərabər, ömrü də qısaldır.

Bu səbəbdən, türkiyəli psixoloq Cangül Tokmaktəpə başqasının problemini qəlbimizə çox yaxın buraxmamağı məsləhət görür: “Əlbəttə ki, sevdiklərinin və yaxınlarının problemlərini dinləmək hər kəsin borcudur. Hər birimiz bacardığımız qədər onların problemini həll etməyə çalışır və öz tövsiyələrimizi veririk. Münasibətlərdə özünü qarşı tərəfin yerinə qoymağı bacarmaq mühüm amildir. Ancaq bunu öz problemin kimi mənimsənmək adama zərər verməyə başlayır. Bunun üçün başqasının problemini qəlbimizə çox yaxın buraxmaq məsləhət deyil. Adətən, yaxınının dərdini dinləyən insan ona yardımçı olmağa çalışıb əlindən gələni edir. Lakin həmin şəxs problemin özünə aid olmadığını dərk etməli və problemin məsuliyyətini öz üzərinə götürməli deyil.

İnsan ətrafında daim stressə məruz qaldıqca, eşitdiyi bu problemlərdən əziyyət çəkməyə başlayıb, özünü gərgin hiss edir. Bütün bu neqativlər insanın həyat enerjisinə təsir göstərir, dolayısı ilə ömrün qısalmasına da səbəb olur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir