Bu qadınlarla evlənmək təhlükəlidir

Baxış sayı: 1. 823

Türkiyəli psixoloq Beyhan Budak evlilikdə çətin yola gedilən və münasibətin sonunu adətən ayrılığa aparan 8 qadın tipi haqqında açıqlama verib. “Gencaile.az” “Qadınklubu.com”-a istinadən həmin məlumatı sizlərlə paylaşır.

Ana-ata quzusu qadınlar

Sağlam bir evlilikdən gözlədiyimiz amillərin ən başlıcası yoldaşların müstəqil bir şəxsiyyət kimi formalaşmış olmasıdır. Buna baxmayaraq bəzən ana-ata quzusu qadınlara da rast gəlinir. Bu tipdəki qadınların, həyatlarının mərkəzində çox vaxt ana-ataları vardır. Ana-ata, nə desə-desin doğrudur. Kişi nə söyləsə söyləsin, nə bilirsə-bilsin hər zaman qadın üçün ana atanın dediklərindən sonra yoldaşının fikirləri gəlir.  Ana-ata quzusu qadın vaxtının çoxunu ailəsinə ayırar və  evində vaxt keçirmək istər. Qadın ilə kişinin arasında keçən hər şeydən -bəzən  buna cinsəllik də daxildir- ana / atanın xəbəri olur. Qadın yoldaşıyla hər müzakirəsinə öz ailəsini də daxil edir. Belə bir yoldaşa sahib kişilər, çox vaxt özlərini təcrid və ikinci plana atılmış hiss edərlər.

Nümayişi sevən qadınlar

Bu tip qadınlar  üçün ən əhəmiyyətli şeylərdən biri sahib olduğu şeyləri göstərməkdir.  Bu bir paltar, bir ev, bir avtomobil, bir hədiyyə ola bilər. Fəxr ediləcək  bir obyekt olduqdan sonra gerisi əhəmiyyətli deyil. Göstərişçi qadınlar üçün bir şeyin əsl dəyərindən daha çox ətrafdakı insanları qısqandırmaq və özü haqqında müsbət düşündürtmək əhəmiyyətlidir. Bir qadın, əgər göstərişçidirsə, getdiyi tətili, yediyi yeməkləri belə saatlarla izah edə bilər. Belə bir  qadınla evli olmaq, kişi üçün çətin bir vəziyyətdir. Belə cütlüklər büdcə idarəsi mövzusunda çətinlik çəksə də, əsl ehtiyacları qalsa da  daha dəbdəbəli lakin vacib olmayan  şeylərə pul verə bilərlər. Nümayiş etmənin təməlində, qadının özünə güvənməməsi və dəyərsizlik duyğusunun olması dayanır.

Həddən artıq qısqanc qadınlar

Həddindən artıq qısqanclıq, bir duyğudan daha çox patoloji bir vəziyyətdir deyə bilərik. Həddindən artıq qısqanclıq müalicə edilməsi lazım olan bir haldır. Bu vəziyyət həm qısqanc olan tərəfin həm də qısqanılan adamın həyatını cəhənnəmə çevirə bilər. Gələk həddindən artıq qısqanc qadınlara .. Həddindən artıq qısqanc bir qadın texnologiya və internet mövzusunda zəngin təcrübələrə malikdir. Yoldaşının davranışlarını şərh etməkdə ixtisaslaşır deyə bilərik. Həddindən artıq qısqanc bir qadın, yoldaşıyla bir avtomobildə gedərkən, yoldaşının sürücüsü qadın olan bir avtomobilə yol verməsindən, ya da tv izlərkən hansısa aktrisanı üçün rolunu yaxşı ifa edir deməyindən belə  problem yarada  bilər. Həddindən artıq qısqanc bir qadınla yaşamaq bir kişi üçün heç də asan deyil. Kişinin hər addımı, sözü və ya davranışı əslində heç bir əlaqəsi olmadığı halda bir aldatma işarəsi olaraq görülə bilər. Bu səviyyədə bir qısqanclıq psixoloji bir problemdir və müalicə edilməsi lazımdır.

Şiddət, təcavüz göstərən qadınlar

Şiddətin çox vaxt kişi tərəfindən qadına göstərildiyini görsək də,  ancaq klinik müşahidələr qadınların da kişiyə şiddət tətbiq etdiyinin  də az olmadığını göstərir. Kişinin qadına tətbiq etdiyi şiddət fiziki, cinsi və ya iqtisadi olsa da, qadının kişiyə tətbiq etdiyi şiddət adətən  psixolojidir. Şiddətə meylli qadınlar, gündəlik problemlərdə belə yoldaşlarını çox narahat edəcək dərəcədə danışa bilər, hər vəziyyətdən, hər hadisədən şikayət edəcək bir məqam  tapa bilərlər. Ən çox müşahidə edilən  ‘səs-küy’ etmək bu qadınların gündəlik adi işlərindəndir. Bəzi şiddət meylli qadınlar, kişidən daima narazı olur, kişinin etdiyi heç nəyi bəyənmir və kişini təhqir edir.   Daha çox bu problem inkişaf edərsə, bu qadınlar yoldaşlarını dostları, iş yoldaşları və hətta ailələrinin yanında belə təhqir etməkdən çəkinməzlər.

İşgüzar qadınlar

Qadının cəmiyyətdə dəyişən rollarından biri də  qadınların  iş həyatıdır. Bu gözəl bir inkişaf olsa da, iş həyatına dair bildiyimiz mənfiliklər bəzən qadınlara da sirayət edir. İş düşkünü qadınlar üçün həyatında ən əhəmiyyətli məqsəd iş həyatı və orada qazandığı uğurlardan ibarətdir. Günün işdə çox sıx bir şəkildə çalışaraq keçirən bu qadınlar axşam evə gəldiklərində də işə davam edə bilərlər. Evdə onları gözləyən yoldaşları ya da uşaqları da olsa, onlarla qısa bir hal-əhval tutduqdan sonra işinə davam edərlər. Həyat yoldaşı ya da uşağı  bir şey izah edərkən onları dinlərmiş kimi görünsə də ağılı çox vaxt iş yerində, sabahkı toplantıda ya da cavab verməkdə gecikdiyi maillərdə ola bilər. İş düşkünü qadınlar ümumiyyətlə əlaqələrindəki əskikliklərin hiss etməzlər. Belə rəftarlarına görə münasibətlərində ciddi problemlər yaşaya bilərlər.

Həddən artıq uşaq sevən qadınlar

Həddindən artıq uşaq düşkünü olan qadınlar, sanki ana olmaq üçün yaradılmışlar. Belə qadınlar ilk uşaq sahibi olana qədər münasibətlərində heç bir problem yaşamazlar. Əksinə kişilər tərəfindən yüksək qiymətləndirilər. Amma ilk uşaq doğulduqdan sonra problemlər başlayır. Uşaqla birlikdə bu qadınların dünyası uşaqdan ibarət olmağa başlayır. Bütün zamanını ancaq uşağa ayırar.   Qadın bunlarla maraqlanarkən, kişi özünü təcrid olunmuş hiss edir. Kişinin uşaqla əlaqədar kömək cəhdlərini də sən bilmirsən, sən anlamazsan şəklində rədd edən qadınlar, kişini həm öz həyatından həm də uşağın həyatından fərqində olmadan kənarlaşdırırlar. Bəlkə qadın doğru bildiyini edir, ancaq bu etdikləri ilə evliliyini və ata-uşaq əlaqəsini ciddi bir şəkildə pozur. Bəzi nümunələrdə bu qadınlar, uşaqlarının doğumundan sonra illər boyunca cinsəllikdən də uzaqlaşmaqdadırlar. Bu da ayrıca bir problemdir.

Cinsi istəyi olmayan qadınlar

Cinsi baxımdan soyuq qadınlar ümumiyyətlə öz bədənlərini və qadınlıqlarını unutmuşlar. Ailə içində yetişdirmə tərzinin cinsi baxımdan soyuq qadınların meydana gəlməsinə təsiri çoxdur. Cinsi baxımdan soyuq qadınlar, əlaqələrində çox mehriban və çox enerjili ola bilərlər. Ancaq mövzu  cinsillik olduğunda narahat olarlar və mövzunu dəyişdirə bilərlər. Evləndikdən sonra, cinsilik mövzusu ciddi bir problem halına gələ bilər. Xüsusiyyətlər vaginismus (psixoloji qaynaqlı cinsi əlaqəyə girə bilməmə vəziyyəti) dediyimiz bir cinsi problem bu tərzdəki qadınlarda tez qarşılaşılan bir vəziyyətdir. Evləndikdən sonrakı müddətdə kişinin cinsilik cəhdlərini sıxlıqla rədd edir, ya da çox müqavimət göstərərlər. Belə bir vəziyyətlə qarşılaşan kişi də özünün sevilmədiyini və istənmədiyini düşüncəkdir. Təcrübələrimiz göstərir ki, cütlüklər arasında cinsi yaxınlıq münasibətin keyfiyyətini təyin edən ən əhəmiyyətli ünsürlərdən biridir. Ona görə də bu tərz cinsi əlaqə ailə münasibətlərində ciddi problemlər yarada bilər. Cinsi baxımdan soyuq qadınlar, öz davranışlarının və duyğularının təməlinə enərək ya da psixoloji yardım alaraq bu problemləri həll edə bilər.

Şorgöz qadınlar

Flort etməyi sevən  bir qadın ilk başda çox kişiyə xoş gələ bilər. Ancaq bu eşqbazlıq halı bir əlaqəyə döndükdən sonra qadın hələ başqa kişilərlə eşqbazlıq etməyə davam edirsə böyük bir problem halını ala bilər. Qadınlar ümumiyyətlə belə bir vəziyyətləri olduğunun fərqində olmaya bilərlər. Sadəcə kişilərin onu bəyənməsi qadına xoş gələ bilər. Ancaq bir müddət sonra bu bir vərdiş halına gələ bilər. Eşqbaz olmaq ümumiyyətlə bir səviyyədə qalmır, daima digər mərhələyə keçir. Bu səbəblə hər zaman qadın üçün bir aldatma, kişi üçün də bir aldadılma ehtimalı vardır. Bu vəziyyət münasibətdə ciddi böhranlara səbəb ola bilər. Bu tərz problemlərə görə bir çox ailələr dağılır. Eşqbazlıq diqqətsizlik və  sevgisizlikdən qaynaqlanır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir