Əksər oyunlar validyenlər üçün maraqsız olması ilə yanaşı həmçinin xeyli güc və iş tələb edir. Lakin bir sıra oyunlar var ki, onları valideyn divanda, yataqda və hətta yerdə uzanaraq övladı ilə oynaya bilər. Bu oyunlar həm valideynlərin həm də uşaqların sevincinə səbəb olacaqdır.
Valideyn tərəfindən valideynlər üçün nəzərdə tutulmuş “The Ugly Volvo” (www.theuglyvolvo.com)saytı yorğunluqdan tərpənə və ya hətta danışa bilməyən valideynlər üçün bir neçə möhtəşəm oyun ideyaları və onlara uyğun ilyustrativ material hazırlayıb təqdim etmişdir.
Arxeoloq-paleontoloq
Siz öncədən faydalı qazıntıları və qədim daşlaşmış sümükləri yaxşıca gizlədir və uşağınızdan qazıntı işləri aparmağı xahiş edirsiniz. Hər tapılan faydalı qazıntıya görə müəyyən mükafatlar da fikirləşmək olar. Məsələn, ilin arxeoloqu, professor-paleontoloq və s.
Həkim və xəstə
Bu oyunda siz əlbəttə ki, yatağa düşmüş xəstə, uşağınız isə həkin olacaqdır. Uşağınıza haradınız ağrıdığını və şikayətlərinizi bildirin qalanını o özü uyduracaqdır.
Qədim Misir dəfn mərasimi
Bu oyunda da bütün rollar aydındır. Qoyun uşağınız sizin üzərinizdə qədim misir türbəsinə bənzər uydurma konstruksiya tiksin.
Cəsus və cani
Uşağınıza sizi cəsus olaraq izləməyi tapşırın. Sizi yaxalayıb zindana salmaq üçün uzun müşahidə və izləmələrə ehtiyacın olduğunu başa salın.
Rəssam
Uşağınıza rəsm üçün bütün ləvazimatları hazırlayıb verin. Ona otağı, otaqda olan əşyaları hətta sizi çəkməyi tapşırın.
Alpinist
Peşəkar alpinistə uca zirvəni fəth etməyi və dünya rekordunu qırmağı tapşırın. Zirvə fəth olunandan sonra zirvənin ətəyində çadır qurub süfrə açmaq və qələbəni qetd etmək də mümkündür.
Bərbər
Bərbərə lazim olan bütün saç bəzək-düzək əşyaları öncədən hazır edin. Ondan dünyada ən gözəl saç düzümü düzəltməyi xahiş edin.