Traffic House – Kopenhagen şəhərində yerləşən uşaq oyun meydançdasıdır. Bu meydança Danimarkanın MLRP memarlar tərəfindən uşaqlara yol qaydaları və yolda təhlükəsizliyi öyrətmək məqsədi ilə tərtib olunmuşdur. Meydança Kopenhagenin Faelledparken adlı böyük parklarından birində yerləşir. Buraya uşaqların rahatlığı və tədrisi üçün sinif otaqları da daxildir.
Memarlar John Lin və Olivier Ottevaere Çinin Yunnan vilayətində, Şuanğe kəndinin uşaqları üçün həm kitabxana həm oyun meydançası olan bir bina dizayn etmişdirlər. Hər iki memar Hong Kong Universitetinin professorlarıdır. İçərisində kitablar, xaricində isə oyun meydançası olan bu bina uşaqlara həm oynamağa, həm də mütaliə etməyə imkan verir. Bu bina bütünlükdə ağacdan inşa edilibdir. Qeyd edək ki, meydançanın məhz bu kənddə tikilməsi təsadüf deyil. Beləki 2012-2014 illərdə sözügedən kənd zəlzələ nəticəsində dağılmışdır.
Britaniyalı rəssam-memar Simon Terrill və Assemble memarlıq kollektivi Londonda “Brutalist” adlı uşaq meydançası dizayn etmişdirlər. Bu meydançanın özəlliyi ondadır ki, tikinti materialı qismində adi tikinti köpüyündən istifadə edilmişdir. Bu meydança kifayət qədər təhlükəli görünməyinə başmayaraq tam əksinə, uşaqlara müxtəlif oyunlar oynamaq üçün tamamilə təhlükəsizdir.
İspan memarı Julio Barreno Gutiérrez İspaniyanın dağlı regionunda yerləşən kənddə“Algodonales” adlı məktəb üçün belə bir origamiyəbənzər rəngarəng məktəb meydançası inşa etmişdir. Bu layihənin məqsədi məktəbliləri günəş şualarından və ya qəfil yağışdan qorumaqdır. Dizayner qeyd edir ki, heç bir əlverişsiz təbii şərait uşaqların təmiz havada oynamaqlarına mane olmamalıdır.
Hollandiyanın Reimerswaal adlı şəhərində Studio Makkink & Bey tərəfindən Mecanoo adlı bina kompleksində ətrafda olan hasar və binalara uyğun gələn loft tərzində uşaq oyun meydançası dizayn etmişdirlər. Hasarları, girintili-çıxıntılı yerləri və boruları sevən uşaqlar bu cür dizayndan çox məmnun qaldılar.