1048

Sevgi insanı isidir – MARAQLI

Baxış sayı: 2. 020

“Qışda necə isinmək olar?” Fin alimləri sübut ediblər ki, kiməsə aşiq olduğu müddətdə insan bütün bədəni boyu bərabər şəkildə paylanana istilik hiss edir.


Sevginin insanda istilik yaratdığı ilk növbədə məhəbbət lirikasından məlum idi.

İndi isə müxtəlif emosional hallar zamanı orqanizmin reaksiyasını tədqiq edən elmi araşdırmalar bunu təsdiq edir. Bu məqsədlə fin alimləri Tayvan, Finlyandiya və İsveçdən olan 700 könüllünü müşahidə ediblər. Nəticədə isə insan bədənini emosiyalara olan reaksiyalarının detallı atlası tərtib olunub.

Sevgi yaxud daha dəqiq desək, vurğunluq dövrü insanın bütün bədənində hiss edə bildiyi nadir emosiyalardan idi. Ən çox bu emosiya döş qəfəsini və başın aşağısını “isidir”. Beyin nahiyəsində, əl və ayaqda isə bu təsir bir az zəif olur. İnsanın keçirdiyi ən intensiv emosiya isə tam xoşbəxtlik hissidir. Bu zaman beyin, pəncə və daban xüsusilə “qızışır”.
Qalan emosiyalar isə bədənin ayrı-ayrı yerlərində cəmləşir. Belə ki, qürur hissi xoşbəxtlik anında olan qədər istilik verir lakin bu istilik döş qəfəsi və ondan yuxarı hissələrdə aktiv olur. Maraqlı məqamlardan biri isə odur ki, qürur və qəzəb hissi təxminən eyni reaksiyanı doğursa da, qəzəb zamanı həm də ovucun içi də “yanır”. Qorxu zamanlı isə əksinə, soyuq əli bürüyür, istilik isə qarın və döş qəfəsini əhatə edir.

Təəccüb, paxıllıq və utanc zamanı praktiki olaraq eyni hisslər yaşanır. İsti baş və döş qəfəsində konsentrasiya olunur. Eyni zamanda ayaqda yüngül soyuqluq təəssüratı yaranır. Əl-ayaqlar depressiya və kədər zamanı buz kimi olur. Kədər depressiyadan sinənin mərkəzində və boğazda yüngül istiliklə müşayət olunur.

Qeyd etmək lazımdır ki, istilik və soyuqluq təəssüratı bədənin müvafiq hissələrində temperaturun real dəyişməsi ilə müşahidə olunmaya da bilər. Bunun sadəcə beyindən daxil olan impulsların konsentrasiyası olması da mümkündür.

“Beyinin emosional sistemi bədənin situasiyaya reaksiya verə bilən hissələrinə siqnal verir” – deyə tədqiqatın əsas iştirakçılarından olan Lauri Nummenmaa deyir. “Siz ilanı gördüyünüz zaman qorxursunuz. Situasiyanın öhdəsindən daha yaxşı gəlmək üçün oksigen sizin əsəb sisteminizi genişləndirir və nəbzinizi artırır. Bu avtomatik sistemdir” – deyə tədqiqatçı alim fikirlərini yekunlaşdırıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir