Kişilər ilk görüşdə nə geyinməlidir?

Baxış sayı: 1. 608

Geyim, aksessuarlar, xarici görünüş ilk təəssürat üçün çox mühümdür. İnternet vasitəsilə tanış olduğunuz qızla ilk görüş bu baxımdan çox əhəmiyyətlidir. Çünki bundan əvvəl səni ya şəkillərindən görüb ya da heç görməyib. Ona görə də ilk qarşılaşdığınızda sizi başdan-ayağa süzəcək. Baxacağı əsas məqamları belə sıralaya bilərik:

  • Saç
  • Geyim
  • Aksessuarlar
  • Yeriş
  • Hərəkətlər
  • Mimikalar

Özünüzdən asılı olmadan ümumi kontroldan keçirsiniz. Sizinlə bağlı ilk təəssüratı xarici görünüşünüzdən almağa çalışacaqlar. Yaraşıqlı olmaq şərt deyil. Təmiz, baxımlı, özünə güvənən birisi olduğunuzu göstərməlisiniz. Kişilərlə qadınların dəyər biçimləri fərqlidir. Baxılan nöqtələr eyni olsa da, görülən detaylar fərqlidir. Təmiz olmaq ən əsas şərtdir. Son zamanlarda saqqal dəb olsa da, araşdırmalar göstərir ki, ilk görüşə təraş olub getməniz daha məsləhətlidir.

İlk görüşdə əslində çox da vaxtınız yoxdur. Özünüzü mütləq ki, ifadə edə biləcəksiniz, lakin ilk təəssürat on saniyə içində yaranır. Bu on saniyə sizin üçün çox dəyərlidir. Bu on saniyə içərisində qarşınızdakı qadında müsbət təəssürat yaratmasanız işiniz bir az çətinləşəcək. Çünki qadınların seçimləri bu qədərdir. Əgər on saniyə içində müsbət təəssürat yaratsanız bundan sonra qarşınızdakı qadın danışdıqlarınıza böyük maraqla qulaq asacaq, yox əgər bu mərhələni keçə bilməsəniz, görüşdüyünüz qadın ayıb olmasın deyə görüşü davam etdirəcək və danışdığınız hər şey havaya gedəcək, çünki qadın artıq qərarını verib.

Qadınlar da ilk görüşməyə gələrkən gününün çox hissəsini hazırlanmağa sərf edəcək. Eyni diqqəti sizin də göstərməniz lazımdır. Bahalı geyimlər yaxşı ola bilər, amma əsas məsələ təmiz və baxımlı olmasıdır.

İlk görüşdə aksessuarların əhəmiyyəti

Aksessuarlar kişilərlə bağlı detalları qadınlara əks etdirir. Saat, qolbaq, sep, pul qabı, alışqan, qol düyməsi kimi əşyalar özünə inamı və baxımlılığı göstərən əsas vasitələrdir. Maddi vəziyyət, təbii ki, əhəmiyyətlidir. Lakin maddiyyatı göstərmək də bir sənətdir. Sağa sola pul səpməniz sizi “görməmiş” vəziyyətinə sala bilər. Bu zaman qarşınızdakını bəyəndirmək yerinə tamamilə başqa pozisiyada ola bilərsiz.

Təmiz, baxımlı, uyğun bir geyim seçməniz daha uğurlu olacaq. Görüşəcəyiniz yerə uyğun olaraq da seçim edə bilərsiniz. İnternet vasitəsilə tanış olduğunuz biri ilə kafedə görüşürsünüzsə, sport stildə geyinə bilərsiniz. İş yerinizdən tanıdığınız biri ilə axşam yeməyinə çıxmaq istəyirsinizsə, cins geyinməyiniz uyğun olmayacaq. Uyğun geyim seçsəniz daha yaxşı olar.

Lakin ən əsası özünüzü ən yaxşı ifadə edə bildiyiniz, rahat hiss etdiyiniz, diqqət göstərdiyinizi bəlli edən, öz tərziniz olan geyimlərə üstünlük verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir