Kişilər bunları sevmir – QADINLAR, DİQQƏT!

Baxış sayı: 1. 629

Bəzi addımlar tərs effekt verərək sizi gözdən sala bilər. Kişilərin ağlını başından almaq üçün etdiyiniz bəzi şeylər tam əks effekt verə bilər. “Gencaile.az” tərs təsir göstərən məqamları açıqlayır.

Kişilər makiyajlı qadınları sevirlər. Xüsusilə qırmızı dodaq boyasını. Amma şişirtməyə dəyməz. Daima makiyaj, qırmızı boya təbii gözəlliyinizi ona unutdura bilər. Sizi daima belə görmək onu üçün adiləşə və marağının itməsinə səbəb ola bilər.

Kişilər uzun dırnaqları sevirlər. Amma dırnaq uzadarkən onların həddindən artıq böyük olmamasına, səliqəsinə diqqət edin. Çünki heç kim çaynağa bənzəyən, rənglənməyən kələ kötür dırnaq olan əllərə baxmaq belə istəmir.

Arada-sırada özünüzü qorunmaya möhtac kimi özünü göstərə bilərsiniz. Amma unutmayın ki, kişilərin öz ayaqları üzərində dayana bilməyən qadınlardan xoşu gəlmir.

Ətir hər bir qadının vizit kartıdır desək yanılmarıq. Amma bu o demək deyil ətirdə çimmək lazımdır. Xüsusilə bir kişinin aldığı ətirdən istifadə etməklə ona xoş hisslər təssüratlar yaşada bilərsiniz.

Əsəbləşəndə insan nə danışdığının fərqinə vara bilmir. Sonradan “kaş ki” deməmək üçün ürəyinizdə saymağa başlayın.

Əsla etmərəm dediyiniz şeyləri etməyiniz sizi kişilərin gözündən sala bilər. Ona görə, danışmazdan öncə yaxşı-yaxşı fikirləşin.

Verdiyiniz sözü mütləq tutun. Yoxsa etibarsız insan təsiri bağışlaya bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir