Məsum və qayğıya möhtac uşaqların nə vaxtsa cinayət törədəcəyi qətiyyən inandırıcı deyil. Ancaq yetkin insanların belə cəsarət etməyəcəyi vəhşiliklərə imza atan qatil uşaqlar var imiş.
“Gencaile.az” azyaşlı uşaqların törətdiyi, insanın qanını donduran cinayətlərlə bağlı müdhiş faktları təqdim edir:
11 yaşlı qatil milyonçu və…
Mari Bel. O, İngiltərə tarixinin ən azyaşlı qatilidir. 1968-ci ilin mayında, 11 yaşında ikən qaldığı yetimxanada Martin adlı 4 yaşında bir körpəni boğaraq öldürür. Bu qətli 13 yaşlı bir dostu ilə törətdikdən sonra bütün izləri silir, ətrafı təmizləyir və dostlar uzun müddət cinayətdən yayınmağı bacarırlar.
Bu olaydan sonra 3 yaşlı başqa bir uşağı işgəncə ilə öldürürlər. Marinin yaşı az olduğuna görə uşaq koloniyasına göndərilir. 23 yaşına qədər orada qalan Mari sonradan həyatından bəhs edən kitab yazır və bu sayədə milyonlar qazanır.
Həbsdə ölən “uşaq”
Barri Deyl adlı uşaq isə tarixdə Maridən heç də geri qalmır; bu uşaq 1996-cı ildə kovboy üslubunda geyinib, məktəbə gəlir, riyaziyyat sinfinə girərək gülləboran edir, iki şagird və bir müəllim həyatını itirir. Bu, Amerika tarixində məktəbdə baş verən ilk silahlı faciədir. Hadisədən sonra o məhkəmə qarşısına çıxarılır və nə az, nə çox 205 il cəza alır.
“Öldürmüş ola bilərəm”
İndisə Jesi Pomeroyla tanış olaq. 11 yaşlı bu cani özündən yaşca balaca 4 uşağı qaçırır, işgəncə verir. İslah evinə göndərilən Pomeroy 21 yaşına qədər orada cəzasını çəkir. Azadlığa qovuşan Pomeroy cinayətkar əməllərinə son qoymur.
Əvvəl kiçik bir qızı, sonra 4 yaşında bir uşağı işgəncə ilə öldürür. Polislər onu cinayətdə şübhəli olduğu üçün həbs etdikləri zaman cinayəti onun törədib törətmədiyini soruşurlar. Cavab isə belə olur: “Öldürmüş ola bilərəm”. Ömür boyu həbs cəzası alan Pomeroy 72 yaşında həbsxanada ölür.
Ən qəddar uşaqlıq dostları
Con Venables və Robert Tompsonun yetkin insanlardan daha qəddar olduqlarını deyə bilərik. Con və Robert 2 yaşlı uşağı anasının bir neçə saniyəlik fikrinin yayınmasından istifadə edərək qaçırırlar. Bu zaman onların hər ikisinin cəmi 10 yaşı olur. Qatil dostlar əvvəlcə 2 yaşlı uşağı döyür, işgəncə ilə onu öldürdükdən sonra qatar reyslərinin üzərinə qoyaraq qaçırlar.
Daim əhvalsız olduğu üçün öldürülən uşaq
10 yaşlı Vilyam York isə həmyaşıdını xoşagəlməz və daim əhvalsız olduğu üçün öldürür. Qatilə ölüm cəzası verilməsinə baxmayaraq, yaşı az olduğu üçün edam etməyə cəsarət etməyən məhkəmə onu bağışlayır və donanmaya göndərir. Ölkəsindən çox uzaqlara göndərilən 10 yaşlı qatil ömrünün sonuna qədər orada qalır. Bu cəzanı bağışlanmayan və necə cəza verməli olduqlarını bilmədikləri şəxslərə tətbiq edirlər.
Qızılı rəngli və eynəkli qatil
Erik Smit 13 yaşı olanda 4 yaşlı körpəni qaçırır. Yazıq uşağa işgəncə verib öldürən Erik tək başına belə bir cinayət işləyən ilk uşaqdır. Ömür boyu həbs cəzasına məhkum edilən Erikin bu qədər vəhşi olmasına səbəb saçlarının qızılı rəngdə olması və böyük eynəklər taxdığına görə hər kəsin onu tez-tez alçaltmasıdır.
Filmlərdəki cinayəti 6 yaşlı qızın üzərində sənayan qatil
Eriklə qətllər bitmir. 12 yaşlı Lionel Tatdan danışaq. O, anasının dayəlik etdiyi 6 yaşlı qızı öldürür. Lionel ifadəsində baxdığı filmlərdə gördüyü döyüş səhnələrini təqlid etdiyini açıqlayır. Ancaq tez-tez ifadəsini dəyişir. Ömürlük həbsə atılsa da, 10 il sonra azadlığa buraxılır. Ancaq qısa müddət sonra səbəbsiz yerə pizza satan bir gənci qətl yetirir və 30 il həbsdə yatır.
Sevgilisinə ailəsini qurban verən 12 yaşlı qatil
Jasmin Riçardson 12 yaşında anasını, atasını və kiçik qardaşını öldürür. Səbəb odur ki, Jasminin ailəsi onu 23 yaşlı sevgilisi ilə görüşməyə qoymur. Sevgilisi ilə birlikdə cinayəti törədən Jasmin cəzasını çəkdikdən sonra azadlığa çıxa bilmir. Onun psixopat olduğu üzə çıxır və hələ də ağıl xəstəxanasında müalicə edilir.
“Öldürməyin necə bir duyğu olduğunu bilmək istəyirdim”
Dərsdən sonra hər kəs evə, parka, əyləncə mərkəzinə getsə də Alisa Bustomante meşəyə gedib, iki qəbir qazır. Bu məzarlar onun iki qardaşı üçün nəzərdə tutulub. Ancaq qəbirlərdən biri qardaşına deyil 9 yaşlı qonşusuna nəsib olur.
Alisanın 9 yaşlı qonşusunu qaçırıb öldürməsi cəmi 45 dəqiqə çəkir. 15 yaşlı qatil qız, cəsədləri elə yerdə gizlədir ki, uzun axtarışlardan sonra da tapılmır. Polislər cəsədləri qızın özü yeri dedikdən sonra tapa bilirlər. Məhkəmədə ona niyə bu cinayəti törətdiyi sual edilir. “Öldürməyin necə bir duyğu olduğunu bilmək istəyirdim,”- deyə cavab verir.
Dünyanı və özünü zəhərləyən alim uşaq
Nəhayət, Qraham Yonq. O, kimya dərsini çox sevirdi. Xüsusilə də zəhər hazırlamaq onun hobbisi idi. Hazırladığı zəhərlə bütün ailəsini və ögey anasını məhv edəndə onun cəmi 14 yaşı vardı. Uzun müddət müalicə olunan Qraham 23 yaşında sərbəst buraxılır.
Bundan sonra o laborantlıqla məşğul olur, istədiyi maddəni və zəhəri hazırlamaq imkanı əldə edir. Əldə etdiyi talium maddəsi ilə istədiyi qədər insanı öldürə və ömürlük sinir xəstəsi edə bilirdi. O, işlədiyi müddət ərzində 70-dən çox iş yoldaşını zəhərləyir. Onlardan ikisi ölür. Digərlər də ömürlük sinir xəstəliyinə düçar olurlar. 4 dəfə ömür cəzasına məhkum edilsə də, 42 yaşında həbsxanada ölür. Ölüm səbəbi isə özünü zəhərləməsi idi.