dis

Ağ dişlər üçün 5 məsləhət

Baxış sayı: 1. 793

Təkcə çay və qəhvə yox, yediyimiz və ya içdiyimiz başqa qidalar da zaman keçdikcə dişlərimizin saralmasına səbəb olur. Nəticədə, dişlərimizin əvvəlki rəngini yenidən bərpa etmək ehtiyacı meydana gəlir. Bunun qarşısinı almaq üçün kimyəvi yollardan istifadə etmək mümkün olsa da (məsələn, xüsusi ağardıcı vasitələr kimi), təbii yollardan da istifadə etmək mümkündür…

1. Dişlərinizi fırçalayın: Həm dişlərin, həm də diş ətlərinin sağlamlığı üçün əgər mümkünsə hər yeməkdən sonra, ya da ən azı gündə iki dəfə dişlərinizi fırçalayın. Təbii ki, bununla yanaşı diş ipindən istifadə etməyi də unutmayın. Mütəmadi olaraq diş fırçalamaq, həmçinin diş ipindən istifadə etmək diş çürükləri ilə yanaşı, diş əti xəstəliklərinin də qarşısını alır. Digər tərəfdən, diş fırçalamaq diş ərpinin aradan qaldırılmasına da kömək edir. Həmçinin, bu şəkildə siz tac-damar və iflic xəstəlikləri ehtimalını da azalda bilərsiniz.
2. Çiyələkdən istifadə edin: Çiyələk təkcə yüksək qan təzyiqini aşağı salmaq üçün yox (digər ürək-damar xəstəlikləri də daxil olmaqla), dişləri ağartmaq üçün də faydalıdır. Çiyələyin tərkibindəki C vitamini diş ərpinin əmələ gəlməsinin də qarşısını alır. Digər tərəfdən, çiyələyin tərkibindəki alma turşusu dişlərdəki ləkələrin getməsinə də səbəb olur. Bunun üçün çiyələyi əzin və diş fırçası ilə dişlərinizə sürtün. 5 dəqiqə gözlədikdən sonra ağzınızı su ilə yuyun. Əgər çiyələk mövsümü deyilsə, limon suyundan və duzdan hazırlanmış tərkibdən də istifadə edə bilərsiniz.
3. Ağ dişlər üçün pendir: Yeməkdən sonra pendir yemək çürüklərin qarşısını almaqla yanaşı, diş minasının canlanmasına da kömək edir. Pendirin tərkibində olan “kazein” (bunu süd proteini də adlandırırlar) diş minasının daha güclü olmasına imkan verir.
4. Qabartma tozundan “ağardıcı”: Yəqin ki, qabartma tozunun dişlərin ağarmasına kömək etdiyini siz də bilirsiniz. Belə ki, qabartma tozunu limonla qarışdırıb tərkib düzəldin və bu tərkibi diş fırçası ilə dişlərinizə sürtün. 1 dəqiqə gözlədikdən sonra isə yaxşıca fırçalayın. Bu tərkib diş minasındakı ləkələri aradan qaldırmağa da kömək edir. Əgər dişləriniz və ya diş ətləriniz həssasdırsa, sodadan istifadə edin. Sodadan həftədə bir dəfə istifadə edin və dişlərinizdə bir dəqiqədən çox saxlamayın.
5. Meyvə və ya tərəvəz çeynəyin: Axşam yeməyindən sonra yerkökü və ya kərəviz kimi tərəvəzlər, həmçinin alma və ya armud kimi meyvələr çeynəmək dişlərinizi cilalayar və diş minası üzərindəki ləkələri aparar. Digər tərəfdən, bərk meyvə və tərəvəzlər tüpürcək “istehsalını” da artırır. Bu tüpürcək isə dişləri diş çürüyünə səbəb olan bakteriyalardan qoruyur.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir