AYAQQABI

Ağ idman ayaqqabılarını necə təmizləmək olar?

Baxış sayı: 461

İdman ayaqqabıları gündəlik həyatımızda ən çox istifadə etdiyimiz geyim növüdür. Yaz və yay aylarında ağ rəngli, qış aylarında isə tünd rəngli idman ayaqqabılarına üstünlük verilir. Ağ rəngli ayaqqabılar təəssüf ki, tez-tez çirklənir.  Bəs, ev şəraitində onları necə təmizləmək olar?

Belə ayaqqabılar paltaryuyan maşında yuyula bilər. Amma həm paltaryuyanı, həm də ayaqqabıları zədələməyəcək qutuya yerləşdirilib maşına atılmalıdır.

Daha sonra paltaryuyan maşınınızda sport proqramını quraşdırmalısınız. Yox, əgər bu proqram yoxdursa, sintetik paltarların yuyulduğu rejimdən istifadə edə bilərsiniz.

Qeyd edək ki, ayaqqabınız palçıqlıdırsa onu paltaryuyana atmaq məsləhət deyil.

Bundan əlavə, uzun müddət geyinilən və heç yuyulmayan ağ ayaqqabılarınızı bir neçə saat sodalı suda saxlamaqla onu təmizləyə bilərsiniz.

Diş məcunu da təmizləmə prosesi üçün əlverişli vasitədir. Belə ki, ayaqqabılarınızda yağ və ya toz ləkəsi varsa, diş fırçasına məcunu sürtərək çirkli yerlərə tətbiq edin. Bir müddət gözlədikdən sonra həmin hissələri şampunlayıb, su ilə yaxalayın.

Ayaqqabıları təmizləyərkən sirkədən də istifadə etmək olar. Amma sirkənin ağ rəngli olmasına diqqət etməlisiniz. Çünki rəngli olarsa ləkəsinin qalma ehtimalı var.

Ayaqqabının altındakı ləkələri aparmaq üçün isə salfetə yüngülcə aseton tökərək çirkli hissəyə tətbiq edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir