İnsanın doğulduğu və böyüyüb formalaşdığı ailədəki xronoloji sırası ilə (zaman ardıcıllığı) psixoloji sırası bir-birindən fərqli anlayışlardır. Bu məqam insanın fərdi-psixoloji xüsusiyyətlərinin formalaşmasında mühüm rol oynayır. Məşhur Avstriyalı həkim-psixoterapevt, “Fərdi psixologiya” nəzəriyyəsinin banisi A.Adler psixoloji sıranın bölgüsünü belə təqdim edir: ailənin ilk övladı, iki övladdan kiçiyi, ortancıl, sonbeşik və ailənin tək övladı. Məsələn, ailənin ilk övladı doğulduqdan 10 il sonra ikinci övlad doğulursa, xronoloji sıraya görə ilk olan övlad, psixoloji olaraq tək övlad olur. Çünki onun ilkin, əsas formalaşma dövrü olan şüuraltı dövründə o ailədə tək övlad olmuşdur.
Nəzərə almaq lazımdır ki, ailədə baş verən itkilər, övladların cins bölgüləri, hər övladın inkişaf dövründə ailənin sağlamlıq və maddi-mənəvi imkanları, harda və kimlə böyüdükləri və s. kimi amillər də psixoloji sıranın izahını fərdiləşdirir. Məsələn, öz ailəsində 4-cü övlad olaraq dünyaya gələn bir insan, əgər başqa bir ailə tərəfindən böyüdülərsə və böyüdüyü ailənin ilk övladı olarsa, o, böyüyüb formalaşdığı ailəyə uyğun psixoloji sıraya sahib olacaqdır. Yəni, ailənin ilk övladı kimi dərk edəcəkdir özünü. Yaxud da ailənin ilk övladı oğlan, ikinci övladı isə qız olarsa, hər iki övlad da öz cinslərinin ilk övladı olduqlarına görə hər ikisində də “ailənin ilk övladı” psixoloji sırası olacaqdır.
Bu sıra insanların ikili münasibətlərində də özünü göstərir. Yaxın dostlar, şəxsi münasibətdə olduğumuz insanlarla fərqində olmadan psixoloji sıramıza uyğun ünsiyyət qururuq. Ünsiyyət istər uğurlu olsun, istərsə də uğursuz, bunun səbəbləri içərisində psixoloji sıra xüsusi əhəmiyyət kəsb edir.
Bəzən insanlar “psixoloji sıra” anlayışı ilə tanış olduqdan sonra psixoloqdan “baxıcı” fəaliyyəti istəyirlər. “Mən ortancıl övladam, hansı psixologiyaya sahibəm?” kimi suallar verirlər. Lakin bunu bilmək lazımdır ki, psixoloji sıranın izahı bu qədər bəsit deyil. Ona görə də insanlara məsləhət görürəm ki, psixoloji dəstək aldıqda psixoloqdan məhz özlərinə uyğun psixoloji sıranın izahını istəsinlər. Doğru nəticə üçün bu addım daha düzgün olar.
Psixoloq Aygün Kərimli
Mənim də ailədə birinci övlad olmağım psixoloji olaraq tək övlad kimidi. Anlayıram ki, ilk övladın bir çox xüsusiyyətləri tək övladınki ilə üst-üstə düşür. Hətta qardaşım doğulanda belə, o kiçik ikən də mən özümü tək övlad kimi hiss edirdim, çünki uzun müddət evdə tək idim.
İlk ovlad olmaq, bazi hallarda tek ovlad kimi hiss etmeye sebeb ola biler. Cunki uzun müddet ailenin diqetinin tam olaraq üzerinde cemlesdiyi bir dovr yasayıriq. Qardas ya da baci dunyaya geldikde bele, bu kecid prosesi bezen bir qeder cetin ola biler. İnsan, illerle tek qalaraq qazandigi diqqet ve rahatliqdan sonra, aile içinde yeniliklere uygunlasmaqda cetinlik ceke biler. Bu da psixoloji olaraq “tek ovlad” hissi yaradacaq tecrubelere sebeb ola biler.
Ortancıl övladın fərdi inkişafı üçün hansı psixoloji dəstəkləri təklif edərdiniz? Bu sıralama, onun digər övladlarla münasibətinə necə təsir edir?
Salam.
Ortancıl övladların psixoloji durumu digərlərinə nəzərən daha həssas olur. Onların ədalət hissi şəraitdən asılı olaraq bacı-qardaşlarından fərqli inkişaf edir. Əgər özlərini çıxılmaz duyğu böhranında hiss edirlərsə, psixoloji dəstək almağı tövsiyə edirəm.
bu cür sıralar həm də bir növ insanın həyatını anlamama da kömək edir. Ailədə necə böyüdüyün, hansı mövqedə olmağın insanın xarakterini çox təsir edir. Həm də yuxarıda yazdığınız kimi, əgər başqa ailəyə baxıcı kimi gedərsənsə, oradakı sıraya uyğunlaşır. Bunu oxumaq çox maraqlı oldu
Sizə təşəkkür edirəm bu mövzunu aydın şəkildə izah etdiyiniz üçün. Bilmək istərdim, əgər bir insan doğulduğu ailədə fərqli, lakin böyüdüyü ailədə başqa bir psixoloji sıraya malikdirsə, bu iki fərqli sıra arasında daxili ziddiyyətlər və ya psixoloji gərginliklər yaşanırmı?
Salam.
Bəli, düz vurğuladınız. Bu məqam insanda daxili konfliktlərə yol aça bilər. Yetkin dəyər və düşüncələrlə bu konfliktləri həll etmək lazımdır. Çətinlik yarandıqda psixoloji dəstək almaq məsləhətdir.
Menim də fikrimce, insan öz psixoloji sirasini bilmeli və ona uygun nece davranacagıni anlamalidır. Ailenin formalasdirdigi sexsiyyetin bize ne derecede tesir etdiyini hec vaxt bu cur derinden dusunmemisdim.
Mən ortancıl övlad olduğum üçün hər zaman özümü bir az “kənarda” hiss etmişəm. Çox maraqlıdır ki, psixoloji sıranın bununla bağlı necə formalaşdığını bu şəkildə oxumaq həqiqətən işimi asanlaşdırdı. Həm də, psixoloji sıranı başa düşəndə çox daha rahatlıq tapırsan.
Aygün xanım, sizcə, psixoloji sıra ilə insanın peşə seçimi arasında əlaqə varmı? Məsələn, ortancıl övladlar daha çox hansı sahələrdə uğur qazanmağa meylli olurlar?
Buna mənim də böyük həssasiyyətim var. Mən də ailəmdə ən kiçik övlad olduğum üçün bəzən özümü “həmişə kənarda” hiss edirəm. Oğlan qardaşlarımın daha ciddi olmasi və mənim daha az ciddiyə alınmamın səbəbini belə psixoloji sırada axtarmağa başladım. Maraqlı bir mövzudur, çox gözəl yazılıb.