Rena Bayramova

Albalı niyə faydalıdır və ancaq mövsümündə yeyilməsi nə üçün önəmlidir?

Baxış sayı: 689

Albalı çox aşağı kalorili məhsul – 100 qram albalıda yalnız 54 kalori var. Buna görə də onu bir növ pəhriz məhsulu adlandırmaq olar.

 

Albalı- bir möcüzədir! Niyə?!

Albalının tərkibi çoxlu faydalı maddələrlə zəngindir. Bu maddələrə E, C, PP, B1, B2, B9 vitaminləri, karotin, fol turşusu, təbii turşular, kalium, maqnium, natrium, fosfor, yod, dəmir, pektin, sink, marqanes, ftor və s. aiddir. Albalının tərkibindəkilər ağciyər xəstəlikləri, qan azlığı, böyrək xəstəlikləri, artroz və qəbizlik zamanı çox faydalı təsir göstərir. Albalının tərkibində olan və ona rəng verən antosian orqanizm tərəfindən asan sorulur və qanın laxtalanmasının qarşısını alır. Onun bu xüsusiyyəti arteriya damarlarının ateresklerozunun qarşısının alınmasına səbəb olur.

Tərkibində olan C, B qrup vitaminləri, dəmir, maqnium, kolbat, piqmentlər isə qan azlığı zamanı çox faydalıdır. Həm də zəyifliyin qarşısını almaq üçün dəmir, bağırsaq funksiyası üçün  və gözəl metabolizma ücün lif var.

Albalının tərkibində olan mikroelementlər qan azlığı əlamətlərini aradan qaldırır, pektin maddəsi isə şlakların orqanizmdən xaric olunmasına səbəb olur.

Albalının ləti bakteriasid təsirə malikdir. Albalı şirəsindən psixoloji xəstəliklər, artrit xəstəlikləri zamanı istifadə etməkdə fayda var.

O sakitləşdirici, bəlğəmgətirici, susuzluğu aradan qaldırmaq xüsusiyyətlərinə malikdir. Albalı şirəsi iştahanı artırır, orqanizmdə xərcəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır, orqanizmdə sidik tirşusunun miqdarını azaldır.

Davamlı olaraq qida rasionuna albalı əlavə eləmək podaqra xəstəliyinin əlamətlərini azaldır.

Albalının tərkibində olan askorbinlə P vitamini qarışımı orqanizmdə olan kapilyarların tonusunu artırır və orqanizmi möhkəmləndirir.

Davamlı olaraq qida rasionunda albalının olması ürək tutmalarının miqdarını azaldır.

Gördüyünüz kimi, albalı bir möcüzədir, sezonda doyunuzca yeyin!

albali

Diabetə qarşı qorunma: albalı ərikdən (57), üzümdən (46), şaftalıdan (42), çiyələkdən (40) və ya gavalıdan (39) daha aşağı olan 22 👍glisemik indeksə malikdir. Bu şəkərli diabetdən əziyyət çəkənlər üçün bir nömrəli seçim olduğu anlamına gəlir!

Yuxunun yaxşılaşdırılması: Araşdırmalara görə, albalı və albalı suyu sağlam yuxu üçün lazım olan melatonin istehsalını stimullaşdırır!

Kolon (bağırsaq) xərçənginin qarşısının alınması: Albalı -ətindən qaynaqlanan kanserogenlərin əmələ gəlməsini azaldır, bu səbəbdən albalı xüsusilə qırmızı ət sevənlər üçün tövsiyə olunur.

Qan təzyiqinin tənzimlənməsi: Kalium nəbzi və qan təzyiqini tənzimləməyə kömək edir və hipertoniya riskini azaldır, fitosterollar isə pis xolesterolu azaltmağa kömək edir.

 

Albalı yeyərək, yalnız yay dadından zövq almırsınız, həm də bədəninizə fayda verirsiniz: yuxunu yaxşılaşdırırsız, qarın yağını azaldırsız, ürəyinizə qulluq edirsiz və daha nələr nələr…

 

Rəna Bayramova

MayoMed klinikasının pediatr və kliniki dietoloqu

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə və ya 055 254 05 03,  +970 567 874 745 whatsapp nömrəsi ilə birbaşa Rəna Bayramova ilə kontakt qura bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir