Anaları narahat edən hal: monqol ləkəsi öz-özünə gedirmi?

Baxış sayı: 3. 666

“Moğol ləkəsi” və ya “monqol ləkəsi” kimi tanınan doğuş ləkələri yeni anadan olan körpələrdə daha çox olur. Bəs bu ləkələr necə müalicə edilir? “Gencaile.az” Aile.lent.az-a istinadən körpələrdə tez-tez rast gəlinən monqol ləkəsi haqqında məlumat verəcək.

Doğuş ləkələri normalda dəridə olan qan damarları və ya dəriyə rəngini verən pigment hüceyrələrindəki pozuntular nəticəsində yaranır. Daha çox omba və bel hissələrində müşahidə edilir. Ləkələr bir və ya birdən çox ola bilər. Ölçüləri bir neçə santimentrdən 20 sm-ə qədər ola bilər. Uzunluq baxımından digər doğuş ləkələrindən böyük ola bilər, lakin bədən sahəsinin 5 faizindən artıq yeri tutmur.

Monqol ləkəsi kimlərdə olur?

Moğollarda, türklərdə, cənub-şərqi Asiya xalqlarında, şimal və orta Asiya türklərində, şərqi afrikalılarda, qırmızı dərililərdə daha çox rast gəlinir. Normalda doğuşdan 3-5 il sonra və ya ən geci yeniyetmə yaşında yoxa çıxır. Statistik olaraq bu fakta baxsaq, şərqi Asiya xalqlarının uşaqlarının demək olar ki, hamısı monqol ləkəsi ilə dünyaya gəlir. Bu nisbət 95-100 faiz arasındadır. Ana və ya atanın sadəcə birinin asiyalı olan uşaqlarda da əsasən monqol ləkəsi ola bilər. Şərqi Afrika uşaqlarının 90-95 və qırmızı dərililərin 85-90 faizində müşahidə edilir. Bundan başqa, Latın amerika xalqlarının 50-70 faizində rast gəlinir.

Monqol ləkəsi öz-özünə gedirmi?

Monqol ləkələrinin rəngi bir az tündləşir, ilk bir ildə öz-özünə yoxa çıxmağa başlayır. 6 yaşınadək qalıcı ola bilən ləkələr də var. Çox nadir hallarda bu ləkələr yetkinlik yaşınadək qala bilər və ciddi estetik problemlərə səbəb olur. Bu cür hallarda lazer epilyasiyası vasitəsilə problem həll edilir.

Metabolik xəstəliklərlə birlikdə ortaya çıxır

Monqol ləkələri nadir hallarda metabolik xəstəliklərlə birlikdə yarana bilər. Xüsusən də yayılan, erkən yaşlaradək davam edən və çox sayda monqol ləkələrində bu metabolik xəstəliklərin olduğu deyilir. Bundan başqa, dodaq yarıqları ilə birlikdə monqol ləkəsi yarana bilər.

Keçməyən monqol ləkələrinin müalicəsi

Əslində, ilk 5 ildə yoxa çıxdıqları üçün müalicəyə ehtiyac yoxdur. Lakin yenə də çox nadir hallarda da olsa yetkin yaş dövrlərindək getməyən monqol ləkələri əsasən bel və ombada, yəni bədənin görünməyən hissələrində olduğu üçün problem yaratmır. Lakin üz və qollar kimi bədənin görünən hissələrində olan ləkələr kosmetik problemlər yaradır. Bu cür vəziyyətdə lazer epilyasiyası köməyə gəlir.

Lazerlə necə müalicə edilir?

Müalicə prinsipi ləkə yaradan damarların içərisindən keçən qan hüceyrələrinin lazer işığı ilə tutulmasıdır. Beləliklə, damar içərisində istinin təsiri ilə damar zədələnir. Bir müddət sonra damar yox olur və beləliklə, hər seansda ləkə solmağa başlayır. Lazer müalicəsinin özünəməxsusluğu hədəf hüceyrələrə təsir edən zaman digər hüceyrələrə təsir etməməsidir. Bu cür lazer müalicəsi izsiz müalicə etmək imkanı yaradır. Lazer müalicələri 4-8 həftə arası davam edir. Xəstədən asılı olaraq 5-20 seans ola bilər.

Analar doğuşdan sonra körpədə bu ləkələri gördükdə təəssüflənməsinlər. Çünki monqol ləkələri yetkinlik yaşınadək solub gedir, çox az insanlarda isə yetkinlik yaşdan sonra yox olur. Əgər bu ləkələr zamanında solmasa, lazer müalicəsi edilə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir