kisi

Evlilik kişini niyə dəyişir?

Baxış sayı: 1. 265

Evlilikdən sonra kişilərin qida rasionu və çəkisi dəyişir. Rusiya mətbuatının yazdığına görə, bu yöndə aparılmış araşdırmalar bunu deməyə əsas verir.

Lids Universitetinin alimləri evli kişilərin subaylardan daha kök olduğunu aşkar edib. Güclü cinsin ailəli nümayəndələri şirniyyata və alkoqollu içkilərə daha çox meylli olurlar. Bundan başqa, evli kişilər subaylarla müqayisədə daha çox meyvə və çörək yeyirlər.

Alimlər evli kişilərin boşanmış kişilərlə müqayisəsini də aparıblar. Məlum olub ki, nikahda olanlar boşanmış kişilərlə müqayisədə daha çox yoqurt yeyirlər. Evli qadınlar isə dul qadınlara nisbətən daha çox şokolad qəbul edirlər.

evlilik

Evlilik kişilərin qonaqlıq və fast-fud vərdişlərini də azaldır. Onlar yağlı kabab və hamburgerdənsə, evdə bişirilmiş qidalara önəm verirlər.

Alimlər evliliyin kişilərə niyə belə təsir göstərdiyinə əmin deyillər. Mümkündür ki, onlar evlilikdən sonra özlərini rahat hiss edirlər.

Digər bir nəzəriyyəyə görə isə, həyat yoldaşları dadlı yemək bişirən kişilər çox yeyirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir