aile

“Arvad-uşaq” komitəsi və ya ölkədə problemləri təkcə kişilər yaradır?

Baxış sayı: 775

Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlı bir qurum var. Sözüm onların fəaliyyətinə deyil. Diqqətimi çəkən məqam komitənin adındadır. Adı uzun olduğu  üçün bir çox sadə  vətəndaşların  zarafatla onu “Arvad-uşaq” komitəsi adlandırdığını da eşitmişəm. Mənə maraqlı gəlir ki, nə üçün ailə problemləri ilə məşğul olan bu komitənin adında kişi sözü işlədilmir?

aile

Belə çıxır ki,  bütün problemlərin hamısını ya kişilər yaradır, ya da kişilərin, ümumiyyətlə, problemi olmur. Sadəcə Ailə Komitəsi deyilsə yetərli ola bilərdi, çünki qadın da, kişi də, uşaq da hamısı hansısa bir ailənin fərdləridir. “Yox, hamının ailəsi yoxdur, amma hər tənha vətəndaşın problemi ola bilər” deyib  fikrimlə razılaşmayanlara deyə bilərəm ki, onda “qadın” sözünün yanında  “kişi” sözü də yer almalıdır. Yoxsa bu gender bərabərliyinin pozulması, kişi haqlarının tapdanması, kişilərin problemlərdən ayrılıqda qəbul edilməsi kimi görünür.

 

İlhamə Həkimoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir