cepgozluk

Astiqmatizm çəpgözlüyə səbəb olur

Baxış sayı: 1. 613

Astiqmatizm – gözün optik sisteminin defekti və gözün şüasındırma qüvvəsinin əsas meridianlarda eyni olmamasıdır. Astiqmatizmin əsas səbəbi buynuz qişanın qeyri-sferik olmasıdır, yəni əsas meridianlarda əyrilik radiuslarının fərqli olmaları.

Xəstəliyin əlamətləri dəqiq görməmə, bulanıq görmə; işıqları yayılmış olaraq görmə; şaquli və üfüqi xəttlərdə pozulma; uzaqlıq artdıqca dəqiqliyin itkisi; uzun paraqraf oxumalarında hərflərin bir araya girməsi; gözlərin erkən yorulmasıdır.

Əksər hallarda astiqmatizm anadangəlmə olur. Bəzən, o gözdə aparılan əməliyyatlardan və ya buynuz qişanın xəstəliklərindən və travmalarından sonra əmələ gəlir. Həqiqətdə buynuz qişa heç zaman sferik olmur. Adətən vertikal meridianda əyrilik radiusu horizontal meridiandan daha az olur. Normal (fizioloji) astiqmatizmin miqdarı 0,5-0,75 dioptriyadan çox olmur.

Bu xəstəlik 3 yolla müalicə olunur. Birincisi, klassik müalicə – eynəkdir. İkincisi, eynək istifadə etmək istəməyən xəstələr üçün alternativ müalicə linzadır. Üçüncüsü, astiqmatizmdən tamamilə qurtulmağın yolu sadəcə əməliyyatdır (keratotomiya, termokeratokoaqulyasiya).

Keratotomiya – buynuz qişaya çərtmələr etmə əməliyyatıdır. Nəticədə şüa sınması zəyifləyir və görmə normallaşır. Belə əməliyyat qarışıq (mürəkkəb) və yaxın görməli astiqmatizm zamanı uğurlu olur.

Termokeratokoaqulyasiya – buynuz qişanın periferik zonasının yandırılmasıdır. Nəticədə buynuz qişanın əyriliyi artır və müvafiq olaraq, onun sınma qüvvəsi artır. Bu cür əməliyyat uzaqgörməli astiqmatizmin müalicəsi üçün həyata keçirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir