masin

Avtomobil alarkən hansı məqamlara diqqət etməliyik? – EKSPERT DANIŞIR

Baxış sayı: 381

Bu gün demək olar ki, hər kəs ehtiyaclarını asanlıqla ödəyə biləcək bir nəqliyyat vasitəsi almaq istəyir. Lakin seçim etmək o qədər də asan deyil. Çünki nəqliyyat vasitəsi almadan əvvəl nəzərə alınacaq olan bir sıra detallar var.

Bəs, yeni və işlənmiş avtomobil alarkən nələrə diqqət edilməlidir?

Nəqliyyat eksperti Aslan Əsədov bildirir ki, avtomobil alan zaman mütləq onun mühərrikinin və əsas oynaq hissələrinin saz vəziyyətdə olmasına diqqət yetirməliyik:

”Nəqliyyat vasitəsinin ili də çox önəmli amillərdən biridir. Həmçinin müştərilər maşının xarici görkəminə də əhəmiyyət verirlər. Qeyd edim ki, çox vaxt böyük zərbə görən maşınlar qıraqdan baxanda əyri-üyrü görünürlər. Ümumiyyətlə, elə avtomobil almalıyıq ki, insanın həyati təhlükəsi üçün maneə törətməsin. Məsələn, əyləc və sükan sistemi hər tərəfli  yoxlanılmalıdır. Uzaq səfərlər üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin işıqları olmalıdır. Salonun havalandırma, kondisioner sistemlərinə diqqət edilməlidir. Eyni zamanda almaq istədiyiniz avtomobilin yanacaq növü haqqında kifayət qədər məlumata sahib olmaq avtomobilinizin uzun müddət ərzində sizə və büdcənizə uyğun olub-olmayacağı barədə fikir əldə etməyə yardımçı olacaq. Avtomobil alərkən test sürüşü edin. Bu vasitə seçdiyiniz avtomobilin sizin üçün həqiqətən uyğun olub olmadığını anlamağınıza kömək edəcək”.

 

Nəzrin Vüqarqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir