f356355c167603660653099516010988208

Bədənin siqnallarına laqeyd yanaşma

Baxış sayı: 449

Gözaltında qara kölgələr

Gözaltı qara kölgələr kifaət qədər yatmamaqdan da yarana bilər. Sutkada ən az 7-8 saat yatmaq məsləhət görülür. Lakin qara kölgələr başqa səbəblərdən də yaranır. Məsələn, anemiya. Orqanizmdə hasil edilən eritrositlərin sayı az olduqda gözaltı kölgələr yaranır.

 

Barmaqların rənginin dəyişməsi

Barmaqlarınızın rəngi tez-tez dəyişirsə, bu, səbəbsiz deyil. Reyno fenomeni adlanan bu vəziyyət soyuq və istiliyin qan damarlarının spazmlarına və barmaqların dərisinin rənginin dəyişməsinə səbəb olduğu bir vəziyyətdir.

 

Göz qarşısında “uçuşan milçəklər”

Onlar nöqtə, zolaq və s. formada ola bilər. Çox vaxt qəfildən, xüsusən də parlaq və ağ işıqda görünürlər. Bu vizual effekt bir həftə ərzində keçməzsə,  oftalmoloqa müraciət edin, çünki ciddi görmə problemlərinin xəbərçisi ola bilər.

 

Bulanıq görmə

Gözləriniz tez-tez yorulursa və insanları tanımadığınızı, yol nişanlarını normal bir məsafədən seçə bilmədiyinizi görməyə başlayırsınızsa, böyük ehtimalla sizdə miyopiya və ya astiqmatizm inkişaf etməkdədir. Oftalmoloqa müraciət edin.

 

Qarında səs-küy

Qarın quruldaması bağırsaqların fəaliyyəti ilə bağlıdır. Bu, arada baş verirsə, qorxulu deyil, lakin tez-tez və ağrılı baş verirsə ciddi problemlərdən xəbər verə bilər.

 

Dəri soyulması

Dərinin soyulması vitamin çatışmazlığından yaranır. Yaxşı qidalanmamaqla bağlı ola bilər, amma soyulma yandırıcıdırsa, mütləq həkimə müraciət edilməlidir, göbələk xəstəliyi əlaməti ola bilər.

 

Çiyin oynaqlarının yerdəyişməsi

Bəzi insanlarda çiyində boşluq olur və ya çiyin fərqli istiqamətlərdə hərəkət edə bilir. Bu qeyri-sabitliyə humerus başlığının çiyin oynağının boşluğundan çıxması səbəb olur. Belə insanların çoxu doğuşdan elastik bağlara sahibdirlər və ya bu, idmanla məşğul olmaq nəticəsində baş verir, amma çiyin oynaqlarının yerdəyişməsi çox təhlükəlidir və yaralanmalara və çıxıqlara səbəb ola bilər.

 

Göz qapağının səyirməsi

Göz qapağının səyirməsi göz yorğunluğundan baş verə bilər, lakin uzun müddət davam edərsə, nevropatoloqdan kömək istəməlisiniz. Bunun ciddi bir sinir pozğunluğunun siqnalı olma ehtimalı var.

 

Qoxu itkisi

Yaşlanma ilə birlikdə iybilmədə kəskinliyin itməsi sinir sisteminin zədələnməsi səbəbindən baş verir. Ancaq gəncsinizsə və qoxu hissini itirdiyinizi hiss edirsinizsə, ən qısa müddətdə həkimə müraciət etməlisiniz. Bunun səbəbi şiddətli bir soyuqdəymə və ya digər viral infeksiya ola bilər.

 

Qulaqda küy

Qulaqda səs-küy, cingilti hissinə çoxları fikir verməsə də, müxtəlif patoloji vəziyyətlərlə əlaqəli ola bilər. Əsasən peşə-sənətlə əlaqədar bu hallar baş verir.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir