valideyn

Azərbaycanlılar xarici ölkədən övladlığa uşaq götürə bilərmi?

Baxış sayı: 439

“Azərbaycanda övladlığa götürmə üzrə idarəçiliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DOST Agentliyinin bu sahənin tənzimlənməsi üçün yaradılmış struktur bölmələri təmin edir”.

Bunu Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyir.

WhatsApp Image 2023-02-14 at 14.08.19.jpeg (167 KB)

O qeyd edir ki, 2004-cü ildə “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu qəbul olunub:

“1993-cü il Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında Konvensiyasının 1-ci və 4-cü maddələrində deyilir ki, ölkələrarası övladlığa götürmənin uşağın ən ümdə maraqlarına və beynəlxalq hüquqda tanındığı kimi, onun əsas hüquqlarına hörmət etməklə həyata keçirilməsinin təmin olunması üçün təminatlar yaradılmalıdır. Bu Konvensiya çərçivəsində övladlığa götürmə yalnız mənşə dövlətin səlahiyyətli orqanları tərəfindən aşağıdakılar yerinə yetirildikdən sonra həyata keçirilə bilər:

a) uşağın övladlığa götürülməsinin mümkünlüyü müəyyən edilib;

b) uşağın mənşə dövlətdə yerləşdirilməsi imkanları lazımınca nəzərdən keçirildikdən sonra ölkələrarası övladlığa götürmənin uşağın ən ümdə maraqlarına uyğun olması müəyyən olunub;

c) müəyyən edilib ki, Azərbaycan Respublikası Ailə Məcələsinin 118-ci maddəsinə əsasən, övladlığa götürmə 3 mərhələdə həyata keçirilir: 1. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 2. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 3. Övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.

Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin vahid informasiya bazasını yaratmaq məqsədilə elektron informasiya sistemində “e-sosial” internet portalı üzərindən dövlət orqanlarının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə onların vahid uçotunu elektron formada aparır”.

 

Nigar HƏSƏNLİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir