ev

Bağ evlərinin qiyməti bahalaşacaqmı?

Baxış sayı: 646

Yay mövsümü yaxınlaşdıqca Bakıda bağ evlərinin qiymətində artım olacağı ehtimalı böyükdür. Bu barədə “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert  Nüsrət İbrahimov bildirir. N.İbrahimov vurğulayır ki, hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinin qiymətində artım olur və bu il də istisna deyil.

Yeni ildən mənzil bazarında vəziyyət necə olacaq? – Ekspert qiymətləri açıqlayır -

Ekspertin sözlərinə görə, həmçinin bağ evlərinin kirayə qiymətlərində də artım müşahidə olunacaq. Mütəxəssis qeyd edir ki, yay mövsümündə insanlar istirahət üçün bağ evlərinə üz tutur və bağ evlərinə tələbat xeyli artır.

Qiymət artımının səbəblərini açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, hələ ki, dünyada pandemiya ilə bağlı qeyri-müəyyənlik davam etdiyindən indidən xaricə səfərlərin müəyyən problemlər meydana gətirəcəyini demək olar:

İqtisadçı Natiq Cəfərli:

“Çox güman ki, yay mövsümündə istirahət etmək istəyən Azərbaycan vətəndaşlarının bir qismi dəniz kənarında yerləşən bağ evlərinə üstünlük verəcəklər. Beləliklə bağ evlərinə daha çox tələb yaranacaq. Təbii ki, tələb çox olduğu üçün qiymət artımı da müşahidə edilə bilər. Sərhədlərin tamamilə açılmaması, səyahətlərin bərpasının baş tutması əlbəttə, keçən ilki kimi bu il də bağ evlərinin qiymətini bahalaşdıracaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir