Nilufer Memmedova

Bağırsaq qurdlarının təbii müalicəsi - “İMMUNİTET”

Baxış sayı: 550

Bağırsaq qurdlarının təbii müalicəsi uzun illərdir tətbiq olunan ənənəvi üsullardan biridir. Bu metodlar insan orqanizmini kimyəvi dərmanların təsirlərindən qorumaq, bədənin təbii müdafiə sistemini gücləndirmək və eyni vaxtda qurdları orqanizmdən təmizləmək üçün istifadə edilir. Bağırsaq qurdları (helmintlər) müxtəlif növ olur. Qurdlar orqanizmdə qida və vitaminlərin mənimsənilməsinə mane olur, zəiflik, qarınağrısı, həzm pozuntusu və digər sağlamlıq problemləri yaradır. Əsasən gigiyena qaydalarına riayət edilmədikdə, düzgün qidalanmadıqda və çirklənmiş qida, çiy sudan istifadə etdikdə yaranır. Təbii üsullarla bu parazitləri orqanizmdən uzaqlaşdırmaq və ya profilaktik tədbir görmək olar. Lakin unutmayaq ki, təbii vasitələrlə müalicə həmişə effektiv olmur. Bəzi qurd xəstəlikləri həkim nəzarətində tibbi müalicə olunmalıdır.

1) Balqabaq tumu  və yağı qurd müalicəsində istifadə olunan və həkimlər tərəfindən ən çox məsləhət görülən effektiv vasitədir.Balqabaq tumunun  tərkibindəki kukurbitin maddəsi qurdların iflic olmasına səbəb olur.Amma balqabaq tumu yağı ibtidailər üçün istifadə olunmamalıdır.Məsələn, lyamblia zamanı yağ mübadiləsi pozulduğu üçün müalicə məqsədi ilə istifadə olunan yağlar şəxsə daha da ziyan vura bilər.

2) Sarımsaq təbii antiparazitar xüsusiyyətlərə malikdir və qurdların iflic olunmasına və bədəndən çıxmasına kömək edir. Onun tərkibindəki allisin adlı maddə bakteriya və parazitlərin böyüməsinin qarşısını alır.Lakinbəzən valideynlər uşaqlarda sarımsaqlı südlə imalə üsulundan istifadə edir ki, bu tamamilə səhvdir.Unutmamalıyıq ki,bu müalicə üsulu uşağın bağırsaq florasını poza və bağırsağın selikli qişasına ciddi zərər verə bilər.

3) Zəncəfil bağırsaqlardakı iltihabı azaldır, həzmiyaxşılaşdırır və helmintləri təmizləməyə kömək edir. Onun tərkibindəki zəncəfilol və gingerol maddələri antiparazitar təsirə malikdir.

4) Ananasın tərkibindəki bromelain adlı ferment helmintlərin yaşama mühitini pozur və onları öldürür. Fermentlər həzm sisteminin işini sürətləndirir və bədənin detoksifikasiyasına kömək edir.

5) Yovşan qədim zamanlardan parazitlərə qarşı təbii müalicə vasitəsi kimi istifadə olunur. Onun tərkibindəki acı maddələr qurdları orqanizmdən uzaqlaşdırır və həzmi təmizləyir.

6) Qarağat və suyu orqanizmdəki parazitləri təmizləyir. Onun turş tərkibi helmintlərə zərər verir və həzmi stimullaşdırır.

Bir daha vurğulamaq istəyirəm ki, təbii vasilərdən istifadə edərkən diqqətli olmalıyıq çünkü bu vasitələr təbii olmalarına baxmayaraq səhv qəbul edildikdə ciddi sağlamlıq problemləri yarada bilər.

 

Nilufər Məmmədova

Həkim Mütəxəssis-İnfeksionist




7 şərh “Bağırsaq qurdlarının təbii müalicəsi – “İMMUNİTET”

  1. Şəfəq Qorçuyeva

    Təbii üsullarla bağırsaq qurdlarını müalicə edərkən hansı risklər mövcuddur?

    Cavabla
  2. Reyhan Əliyeva

    Balqabaq tumunun hansı dozada istifadə edilməsi tövsiyə olunur və hansı hallarda istifadəsi tövsiyə edilmir? Xahiş edirəm cavab verin. Həkim Rusiyada bizə bunu demişdi amma unutmuşam resepti

    Cavabla
  3. Eıvin Musazadə

    Yazıda bağırsaq qurdlarının təbii müalicəsi haqqında faydalı və ətraflı məlumat olsa da, . bəzi sahələrdə daha dəqiq və balanslı məlumat təqdim edilməsi yazının keyfiyyətini artırardı. Yenə də uğurlar.

    Cavabla
  4. Sənayə Kərimova

    Salam can .Mən onlayn biznesdə maaş alan xanımam .komandamla bərabər yeni qoşulan xanımlara dəsdəy oluruq. Satış edmək ,xanımlar gətirmək məcburi deyl . İsdəyin üzərinizə çoxlu xanımlar yazm sizi maaşa qaldırım

    Cavabla
  5. Sevinc

    Autizimli uşaqlardada bagiqsaq təmizlənməsi deyilir.ancaq onlarin analiz verdikdən sonra etmək lazimdir ya necə?? Yoxsa təbbi usullardan isdifadə etsəy kifayət edər?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir