MASA

Bayram masasını hazırlayın – MƏSLƏHƏTLƏR

Baxış sayı: 1. 610

Həmişə bir möcüzə gözlədiyimiz sirli bayramın ərəfəsindəyik. Yenə işıqlı gecə, bəzənmiş küknar ağacı, doğmaların sevinci bizi gözləyir. Bayramda xanımlar masanı necə bəzəyəcəklər, hansı nemətlər süfrədə olacaq deyə düşünməkdədirsə, bu yazı qadınlara yardımçı olacaq.

Gözoxşayan, fərqli bir Yeni il süfrəsi hazırlamağın müəyyən incəlikləri var. Hər şeydən əvvəl süfrənin dekorasiyasına diqqət etmək lazımdır.

 

Yeni il masası necə olmalıdır?

Əvvəlcə masana hakimlik edəcək rəngi seçin və işə süfrəni bəzəməklə başlayın. Yeni ilin – bayramın trend rəngləri ənənəvi olaraq ağ, qırmızı, yaşıl, qızılı və gümüşü rənglərdir. Bu dəfə biz sizə qızılı rəngdən yana seçim etməyini tövsiyə edirik. Düşünə bilərsiniz ki, axı mənim qızılı rəngli servis dəstim yoxdur? Heç narahat olmayın! Qab-qacağı sadə və naxışsız da istifadə edə bilərsiniz. Bir nüansı unutmayın ki, masa örtüyü əsas deyil. Əsas olan masanın üzərindəki aksessuarlardır. Onlar diqqət mərkəzində olmalıdır. Bütün bunlardan sonra süfrəni hansı nemətlər bəzəyəcəksə qab-qacağının formasını onlara uyğun seçin. Boşqablar, qədəhlər, çəngəl-bıçaqlar arasında uyğunluq olmalıdır. Daha sonra isə masa dekorasiyası üçün müxtəlif aksessuarlardan istifadə edə bilərsiniz. Bu, süfrənin daha da gözoxşayan olmasına imkan yaradacaq. Xüsusi günlərdə olduğu kimi bayram süfrəsində də şamın olması yaxşı fikirdir. Əgər şam sevənsinizsə. Süfrənin rənginə uyğun seçilmiş şamdanlar və şamlar Yeni il axşamında süfrəyə istilik və romantik əhval qatacaq. Bundan əlavə yeni il süfrəsini artıq trendə çevrilmiş küknar ağacının ornamentləri və muncuqlarla bəzəyə bilərsiniz. Yeni il masasının mükəmməl bəzədilməsi boşqabların düzgün yerləşdirilməsindən başlayır. Belə ki, boşqab masa arxasında əyləşəcək şəxsin önündə, masanın kənarlarından 2.5 sm uzağa qoyulur. Yeməklərin növünə görə də boşqabların üst-üstə qoyulması da gərəkli deyil. Boşqabın sol tərəfinə çəngəl, sağ tərəfinə isə qaşıq, qaşığın da sağ tərəfinə bıçaq qoyulur. Əgər bayram süfrəsinə ilk yeməyiniz balıq olacaqsa, balıq yemək üçün çəngəlin yanına balıq üçün də nəzərdə tutulmuş xüsusi çəngəl qoyulmalıdır. Boşqabın sol ön hissəsinə çörəkqabı, tam ön hissəyə isə şirniyyat qaşığı qoyulur. Əgər şirniyyat yeyilməyəcəksə, bu qaşığa ehtiyac yoxdur. Boşqabın ön hissəsindən sağa isə içiləcək içkilərin növünə uyğun qədəhlər yerləşdirilir. Qədəhlərin ayaqlarını Yeni ilə xas dekor əşyaları ilə (bantla, kiçik qozalarla) bəzəyə bilərsiniz. Salfet boşqabın soluna ya da içinə qoyulur. Duz və istiot qabları isə rahat istifadə edilə biləcək məsafəyə yerləşdirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir