Jale Mirsaab 1

Bayramdan sonra işə necə uyğunlaşmalı? – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 711

Məzuniyyəti, xüsusilə də bayram tətillərini hər kəs çox sevir. İşləyən insanlar bayram tətillərində rahat istirahət edir, qısa müddət də olsa iş stresindən uzaq qalırlar. Başqa sözlə, bir neçə gün istirahət etmək gərgin iş yorğunluğunun qarşılığında gözəl bir hədiyyədir. Lakin tətil günləri başa çatmaqdadır və bundan sonra iş mühitində tez-tez qarşılaşdığımız çətinliklərdən biri olan işə yenidən adaptasiya problemi ilə üzləşirik.

Bəs bayram tətilindən qayıtdıqdan sonra işə adaptasiya prosesində nəyə diqqət etməliyik?

Mövzuyla bağlı Gencaile.az” saytına danışan Medical House Reabilitasiya mərkəzinin təsisçisi, Psixologiya Departamentinin rəhbəri, psixoloq Jalə Mirsaab deyir ki, bayram tətilindən sonra yenidən işə adaptasiya problemi və ya digər adı ilə tətil sindromu təkcə ölkəmizdə deyil, bütün dünyada sıx qarşılaşılan hallardan biridir. Aparılan araşdırmalar və müşahidələr göstərir ki, bayram tətilindən yenidən çalışan şəxslərin 70-80 faizi tətil sindromu ilə üzləşirlər. Bu sindromu aradan qaldırmaq, iş mühitinə və komandaya yenidən adaptasiya olmaq üçün bir neçə məqama diqqət edilməlidir.

ish

Həmin nüanslar haqda da danışan mütəxəssis aşağıdakıları dedi: İlk öncə özünüz üçün  günlük rutin tərtib edin.Tətildən sonra işə qayıtma sindromu depressiyaya səbəb ola biləcəyi üçün ciddi qəbul edilməli olan bir vəziyyətdir. Çünki uzun tətil dövrlərindən sonra iş həyatına uyğunlaşmaq asan deyil.Bayramdan sonra yuxusuzluq, baş ağrıları, həzm sisteminin pozğunluqları daha çox olur. Tətildən qayıdıb dərhal işə başlamaq adaptasiyanı çətinləşdirir. Psixoloji olaraq özünüzü iş həyatınıza  hazırlayın. Daha sonra yuxu və qida rejiminə riayət edin. İşə döndükdən sonra ilk günlərdə bütün işləri qısa zamanda həll etməyə çalışmayın.Əks halda tətil zamanı əldə edilən enerji və müsbət emosiyalar ən qısa zamanda yox ola bilər. İş saatı bitdikdən sonra açıq havada gəzinti təşkil edin. Bütün bunlar sizin yenidən işə başlamanızda effektiv olacaq.”

 

Hazırladı: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir