“Bomba” kökələrinin hazırlanma qaydasını təqdim edirik.
Tərkibi:
xəmir:
3-3,5 st. un
1 st. qaynar su
4 x.q. bitki yağı
1 ç.q. şəkər tozu
1 ç.q. duz
iç:
5 pomidor
200 q pendir və ya kəsmik
2 diş sarımsaq
göyərti
duz
Pomidorları fal-fal doğrayın. Pendiri çəngəllə əzin (əgər kəsmikdən istifadə edirsinizsə, duz vurun), əzilmiş sarımsaq, doğranmış göyərti əlavə edib qarışdırın.
Qaynar suda şəkər tozu və duzu həll edin, bitki yağı əlavə edin, un qatıb yumşaq xəmir yoğurun.
Xəmirin yarım saat gəlməsini gözləyin.
İkiyə bölüb birini nazik yayın.
Üzərinə bir-birindən 3 sm aralı olmaqla pomidor dilimlərini düzün.
Pomidorun üzərinə kəsmikli iç qoyun.
İkinci kündəni yayıb bunların üstünə çəkin.
Diametri uyğun gələn stəkanla hər pomidor diliminin konturundan azca iri dairələr kəsin.
Yağı tavada möhkəm qızdırın və kökələrin hər iki üzünü qızardın.
Artıq yağını çəkməsi üçün kağız salfetlərin üstünə düzün. /milli.az/