Böyrəklərimizin əsas funksiyası bədəndə əmələ gələn mübadilənin son məhsullarını və artıq suyu uzaqlaşdırmaqdır. Bu proses bədənimizin daxili mühitinin və kimyəvi tərkibinin stabil saxlanılması üçün çox vacibdir.
Bunu Kliniki Tibbi Mərkəzin nefroloqu Xəyalə Quluzadə bildirir.
O, böyrəklərin qorunması üçün bir sıra “Qızıl qaydalar”ın mövcud olduğunu qeyd edir.
Xəyalə Quluzadə böyrəklərin sağlamlığını qorumaq üçün hər kəsə aşağıdakı qaydalara riayət etməyi məsləhət görür:

– Müntəzəm olaraq idmanla məşğul olmaq,
– Çəkini nəzarətdə saxlamaq,
– Düzgün qidalanmaq,
– Siqaret və alkoqoldan uzaq olmaq,
– Arterial təzyiqə nəzarət etmək,
– Duz qəbulunu azaltmaq,
– Ağrıkəsicidən istifadə etməmək,
– Gündəlik ən azı 1.5, 2 litr maye qəbul etmək.
Həkim həmçinin hər bir vətəndaşın ildə ən azı bir dəfə nefroloq tərəfindən müayinədən keçməsini tövsiyə edir.











































































































































































