yemeye ne var

Bozbaşı belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 736

Bozbaş Azərbaycan Milli mətbəxinə məxsus olan bir yeməkdir. Bu yeməyin ətrindən, ləzzətindən doyum olmur. Bozbaş yeməyi qədim bir yeməkdir. Bozbaş yeməyini ancaq qoyun ətinin yağlı hissəsindən hazırlayırlar. Bu yemək haqda heç də təsadüfən danışmırıq, çünki “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün bozbaşın hazırlanma qaydasından bəhs edəcəyik.

 

Bozbaş üçün lazım olan ərzaqlar

160 q qoyun əti

15 q yağ

30 q noxud

100 q kartof

1 ədəd baş soğan

15 q tomat pastası

1 çay qayığı quru nanə

duz

 

Bozbaş üçün ərzaqların yığılma qaydası

Bozbaş hazırlamaq üçün qoyun cəmdəyinin döş yaxud kürək ətindən götürün. Bozbaş üçün istifadə edəcəyiniz noxudu təmizləyib yuyaraq bir kasada islanmağa qoyun. Bozbaş üçün lazım olacaq baş soğanı soyub bir kasaya qoyun. İstifadə edəcəyiniz kartofları da soyub yuyaraq suya qoyun. Lazım ola biləcək qədər tomat pastsını da bir kasaya yığın. Bozbaşın üzərinə vurmaq üçün lazım olacaq qədər nanə qurusunu və yaxud doğranmış göyərtini bir kasaya yığın. Bozbaşa qatmaq üçün lazım olan pomidoru yuyub br kasaya alın. Pomidoru mövsümə uyğun olaraq istifadə edə bilərsiniz. Bozbaşa qata biləcəyiniz qədər duzu bir kasaya yığın. Lazım olacaq qədər yağı bir kasaya yığın.

 bozbas

Bozbaşın hazırlanma qaydası

Qoyun cəmdəyinin döş, yaxud da kürək hissəsindən hərəsi 60-80 q çəkidə 2-3 tikə ət götürün. Noxudu 3-4 saat ərzində suda isladın. Baş soğanları bişirməklik doğrayın. Hazırlamış olduğunuz kartofları da doğrayın. Ocağı yandırın. Tomat püre hazırlamaq üçün yağı tavaya alın. Bozbaşa qatacağınız nanə qurusunu ovxalayın.

 

Bozbaşın bişirilmə qaydası

Əti islatmış olduğunuz noxudla birlıkdə 1,5-2 saat bişirin. Tomat püresini yağda qızardıb hazırlayın. Xörəyin hazır olmasına 20 dəqiqə qalmış içinə doğranmış baş soğan, doğranmış kartof, yağda qızardılmış tomat-püre qatıb bişirin.

 

Bozbaşın servis edilmə qaydası

Süfrəyə verilən zaman bozbaşın üstünə nanə qurusu və yaxud doğranmış göyərti səpib servis edə bilərsiniz. Yay zamanı tomat-püre əvəzinə bozbaşın hər payına 30 q hesabı ilə təzə pomidor qatın.

 

Nuş Olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir