erken nikah

“Bu balaca qız gəlinlik geyinəcəyinə sevinir, özünü kiçik kraliça kimi hiss edir…”

Baxış sayı: 494

“Ölkəmizdə nikah yaşı 18 olaraq qəbul olunur. 18 yaşda yeniyetməlik dövrünü hələ başa çatdırmamış fərdlərin ailə qurması sual altında olduğu halda biz daha da erkən yaşda “ərə verilən” qızların haqqında xəbərlərdə oxuyuruq. Menstruasiya halı görən qızların artıq ailə qurmağa hazır olduqlarını hesab edirlər, lakin bu belə deyil”.

Bu barədə danışan psixoloq Nura Cəfərzadə qeyd edir ki, erkən yaşda qızlar nə fiziki, nə də psixoloji cəhətdən buna hazır olmur. Öz həyatının məsuliyyətini öhdəsinə götürməyə hazır olmayan bir uşaq hələ özü də uşaq dünyaya gətirir:

Qadın xəyanətləri dostluqla başlayır” – Nədən qadın kənarda təsəlli axtarır…Gözlənilməz CAVAB » Azia.az

“Sadəcə, uşaq dünyaya gətirirlər, ana olmurlar. Bu balaca qızların yeniyetmə dövrlərinə düşür analıq məsuliyyəti. Bu dövrdə uşaqlıqdan yetkinliyə keçid, bioloji, psixoloji, fiziki dəyişikliyin müşahidə olunduğu dövrdür. Yeniyetməlik dəyişmə müddətidir. Şəxsiyyətin ortaya çıxmasının reallaşdığı, sorğuların başladığı, qarışıqlıq və qərarsızlıqlar müddətidir. Yeniyetməlik dövründə özünü dərk etməyə başlayan uşağın özü və “ailəsi”, “dünyaya gətirdiyi” haqqında təsəvvürləri nə ola bilər axı?! Həm də onu qeyd edim ki, bu çox riskli dövrdür, o baxımdan ki, yaşadıqlarını həzm edə bilməyən və çıxış yolunu tapa bilməyənlər intihara cəhd edir”.

Psixoloq bildirir ki, erkən nikahlardan dünyaya gələn uşaqların fiziki və psixi sağlamlığının yerində olması qeyri- mümkün məsələdir. Bunu statistik göstəricilər və son dövrlərdəki tibbi və psixoloji araşdırmalar da sübut edir. Onun sözlərinə görə, erkən nikahlar hətta toyla baş tutmuş olsa belə “uşaq istismarı” sayılır. Çünki azyaşlı uşaqlar nəyə məruz qaldığını başa düşmürlər. Onlar yalnız ağrı və qorxu hiss edirlər: “Rahatlıqla deyə bilərik ki, bu, təcavüz halı sayıla bilər. Təsəvvür edin, bir neçə saatlıq bu balaca qız uşağı ağ gəlinlik geyinəcəyinə görə sevinir, özünü kiçik kraliça kimi hiss edir. Nə qədər pis olsa da, ailəsindən uşaq yaşda ayrılmaq ona ilk travmadır. Daha sonra tanımadığı, öyrəşmədiyi intim münasibət ona ikinci travma olur. Nə baş verdiyini anlamadan bədən şok vəziyyətinə düşür. Bütün bunlara hələ tam alışmamış bir də qucağına alır övladını. Mən övlad deyirəm, ancaq onlar yad bir varlıq kimi görür öz dünyaya gətirdiyini, çünki hələ də heç nə anlamır. Erkən nikahlar, əslində insanın ömründən oğurlamaqdır. İlk olaraq onun uşaqlığını”…

N.Cəfərzadə qeyd edir ki, erkən evliliklərin böyük əksəriyyətinin ayrılma ilə nəticələndiyini əminliklə deyə bilərik, lakin sübut edə bilmərik. Çünki qanunvericilik imkan vermədiyi üçün rəsmi nikah da olmur.

“Bu cür erkən nikahların səbəbinə gəldikdə isə bir çox müxtəlif səbəblər ola bilər, amma daha çox maddi sıxıntı səbəbindən və qız uşaqlarını yük olaraq qəbul eləmək, həm də əxlaq cəhətdən yaşana biləcək “biabırçılığın “ qarşısını almaqdır məqsəd. Erkən nikahların baş tutmasına təsir edən digər bir faktor isə valideynlərin özlərinin “savadsız” olmasıdır. Eyni zamanda bu körpə qızları da məktəblərdən ayırırlar.

Bu cür halların baş verməməsi üçün nəinki qanunvericiliklə dəstəklənməli, maarifləndirilmə işləri daha çox aparılmalı hətta düşünürəm ki, qızların oxuması üçün onların valideynlərini müsbət motivasiya etmək olar. Bunun üçün ola bilər ki, büdcədən müəyyən məbləğlər ayrılsın bu balaca qızların oxuması üçün və ola bilər ki, bunu qeyri- hökumət təşkilatları öz üzərinə götürsün. İstənilən halda, bu körpə uşaqların təhsil alması erkən nikahların azalmasına öz təsirini mütləq şəkildə göstərəcək”,- deyə psixoloq bildirib.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir