VALIDEYN

Bu cümləni qurmayın – Valideynlər, DİQQƏT

Baxış sayı: 1. 534

Bir çox valideynlər uşaqlarına “Mən sənin yaşında olanda…”, deyə başlayan cümlələr qurur və onları özləri ilə müqayisə edirlər. Bəziləri uşaqlarının özlərinə nisbətən daha geniş imkanlara sahib olduqlarına inandığı üçün onların özlərindən daha müvəffəqiyyətli ola biləcəklərini hesab edirlər. özlərini uğurlu hesab edən bəzi valideynlər uşaqlarında da eyni nailiyyətləri onların da qazanmalarını gözləyirlər. Bəziləri isə özü çata bilmədiyi hədəfə uşaqlarının çatmasını, həyata keçirmədikləri xəyalları onların reallaşdırmasını istəyirlər. Fərqində olmadan uşaqlarının da öz istədikləri kimi bir həyat qurmalarına icazə verməzlər. Cübran Xəlil Cübran “Peygəmbər” adlı kitabında deyir: “ Uşaqlarınız sizin övladlarınız deyillər. Onlar davam edən həyata aiddirlər. Onlar sizə gəliblər. Sizdən gəlməyiblər. Və sizinlə bərabər olmalarına baxmayaraq sizə aid deyillər. Onlara sevginizi verə bilərsiniz amma düşüncələrinizi verə bilməzsiniz. Çünki onların özlərinə aid fikirləri var. Bədənlərinə hökm edə bilərsiniz amma ruhlarına əsla. Onların ruhları sizin yuxularınızda belə görə bilmədiyiniz bir gələcəyin evində yaşayır. Onlar kimi olmağa çalışa bilər lakin onların sizin kimi olmaları üçün çalışmamalısınız. Çünki həyat geriyə baxmaz ya da dünənlə məşğul olmaz.”

Uşaqlara öz həyatını yaşamaq fürsəti vermək və onlara dəstək olmaq əslində sizin də öz xəyallarınızı izləmək mənasına gəlir. Bu onlara etinasızlıq göstərmək ya da onlarla maraqlanmamaq demək deyil. Unutmayın! Uşaqlarımızın sevgi qədər hörmətə də ehtiyacları var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir