qidalar

Bu qidalar qırışların qarşısını alır – SİYAHI

Baxış sayı: 1. 618

Somon balığının qırışların azalmasına yardımçı olduğunu, dərini dolğun və gənc göstərdiyini deyən mütəxəssislər kakaonun da qırışlarla mübarizə apardığını deyir.

İstər 35 yaşında olun, istər 55, fərq etməz, qadın hər yaşda qırışları azaltmağın yollarını axtarmaqla məşğuldur. “Gencaile.az” Aile.lent.az-a istinadən qırışlara qarşı qidalanma qaydalarını təqdim edir.

Somon dərini qidalandırır və gənc görünməni təmin edir

Somon sadəcə mühüm protein qaynağı deyil, eyni zamanda mükəmməl bir dərinin bazasıdır, həm də Omega 3 olaraq bilinən əsas yağ turşuları ilə zəngin möhtəşəm qidadır. Bu yağ turşuları dərini qidalandırır və qırışların azalmasına yardımçı olaraq dolğun, gənc görünməsinə kömək edir.

Qidalanmanızda lobyaya yer verin

İndiyə qədər əldə edilən nəticələr onu göstərir ki, lobyanın tərkibi günəşin erkən yaşlanma təsirlərindən qorunmağa və ya yaxşılaşdırmağa kömək edir.

Lobya tərkibli qatqının altı aylıq istifadəsindən sonra dəri problemlərində sağalma yaşanır.

Kakao dərini günəşin zərərlərindən qoruyur

2006-cı ildə aparılan bir araşdırmaya görə, kakaonun dəri hüceyrələrindəki qan dövranını və təsir görmüş maye toplanmasını yaxşılaşdıran, beləcə, dərinin qüsursuz görünməsini və hiss edilməsini təmin edən yüksək dəyərlərdə iki flavanoid (epicatchin və kafesin) tərkibli odluğu deyilir.

Meyvə və tərəvəz qəbulunu artırın

Antioksidan birləşmələr açar rolunu oyanır. Bu birləşmələr sərbəst radikalların səbəb olduğu fəsadlara qarşı mübarizə aparır, bu da dərinin daha gənc və daha parlaq görünməsinə yardımçı olur, bir yandan da erkən yaşlanmanın bəzi təsirlərinə qarşı qoruyur.

C vitamini

Əksər araşdırmalar C vitaminin kollagen ifrazını artıra bildiyini, ultrabənövşəyi şüalara qarşı qoruduğu, dəridə meydana gələn problemləri həll etdiyini ortaya çıxarıb.

Bu günə qədər aparılan araşdırma onu göstərir ki, C vitaminli qidaların tərkibindəki askorbik turşu qırışların aparılmasında potensiala malikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir