ters ev

Bu evdə hər şey tərsinədir – MARAQLI

Baxış sayı: 1. 083

Türkiyəli gənc Metehan Malatya şəhərində maraqlı ev layihəsi reallaşdırıb. “Gencaile.az” saytı  xəbər verir ki, içəri girənlərin “bu işdə bir tərslik var” dediyi konsepsiya xüsusilə gənclərin diqqətini çəkib.

 

Müəyyən ödəniş qarşılığında içəri daxil olan ziyarətçilərin başını döndürən layihə sosial şəbəkələrdə əks-səda doğurub. “Tərs ev” layihəsini təqdim edən sahibkar Metehan Alp nostalji konsepsiyanın Şərqi Anadoluda ilk olduğunu deyib. Malatyaya aid xüsusi əşyaların istifadə edildiyini qeyd edən Alp evə marağın böyük olduğunu bildirib: “Xüsusilə, gənclərin və uşaqların diqqətini çəkir. Zəng edib rezervasiya edirlər”.








Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir