sevgi

Bu hərəkətlər kişiləri ələ verir – DİQQƏTLİ OLUN!

Baxış sayı: 612

 Qaşlar həqiqətən ürəyin xəbərçisi ola bilərmi?

– Daim üzünə və ya stəkanına toxunursa, nə deməkdir?

– İlk görüşdə kişiləri ələ verən bədən hərəkətləri hansılardır?

Deyək ki, yeni birisi ilə tanış oldunuz və həyəcanverici görüş nəhayət baş tutdu. Ancaq qarşı tərəfin sizə qarşı nə hiss etdiyini anlamaqda çətinlik çəkirsiniz. Belə bir vəziyyətdə, yeganə çarəiniz qarşınızdakının bədən dilini düzgün anlamaqdır.

Əziz xanımlar, diqqətiniz bizdə olsun…

Beləliklə, Türkiyə mətbuatına istinadən təqdim etdiyimiz bu yazıda kişilərin nə demək istədiyini onların hərəkətlərindən anlayacaqsınız.

 

Üzünə toxunarsa, doğru yoldasınız

Qarşı tərəfin sizinlə maraqlandığından əmin olmaq istəyirsinizsə, əllərini izləyin. Gözlərini ovuşdurursa, qulaqlarına və ya saçlarına toxunursa, deməli hər şey qaydasındadır.

sevgi

Darıxdığına görə stəkanı ilə oynamır!

Sizinlə söhbət edərkən stəkanı ilə oynayır? Narahat olmayın, bu cansıxıcılıq əlaməti deyil, sizi bəyəndiyinə işarədir. Bədən dili mütəxəssislərinə görə, bir kişinin bir qadınla qarşılaşdığı zaman fərqli əşyalarla oynamağa ehtiyacı varsa, bu qadını bəyəndiyini göstərir.

 

Qaşlar – ürəyin xəbərçisi…

Bədən dili mütəxəssislərinin fikrincə, kişilər bəyəndikləri qadınla danışarkən çox şən davranırlar. Zamanla əl və qol hərəkətləri də həddindən artıq ola bilər. Digər tərəfdən, daha az bilinən bir başqa ipucu da var: görüşdüyünüz insan qaşlarını davamlı yırğalayır və görüş zamanı gözlərini daha geniş göstərirsə, sevinə bilərsiniz. Onun sizdən xoşu gəlir!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir