sac

Bu qış dəbdə olan saç rəngləri – FOTOLAR

Baxış sayı: 1. 112

Qış mövsümünü yaşadığımız bu günlərdə, bəzi xanımlar saç formasında və rəngində müəyyən dəyişikliklər etmək istəyir. Bəs görəsən, belə xanımlar daha çox hansı saç rənglərinə üstünlük verməlidirlər? Qışın trend saç rəngləri hansılardır?

Beləliklə, xarici KİV-ə istinadən qışın 5 dəbli saç rəngini təqdim edirik:

1) Sarı çalarları olan saç rəngi

Buna nə sarı, nə də qəhvə rəngi deyilir. Sarı və qəhvəyi rəngin qarışığıdır. Son dövrlər ən çox üstünlük verilən saç rəngləridir. Adətən saç ustaları bu rəngi balyaj vasitəsilə əldə edirlər. Belə mövsümdə  bu cür saç rəngini seçsəniz peşman olmazsınız.

2) Tünd qəhvəyi çalarlı saç rəngi

Bu rəng özündə qəhvə rənginin tünd tonlarını əks etdirir. Saçı bu rənglə rənglədiyiniz zaman olduqca fərqli və canlı saç təsiri bağışlayır.

3) Qızıl tonlu qəhvəyi rəng

Daha çox əsmər xanımlara yaraşan bu rəng qışın trendləri siyahısındadır.

4) Açıq yasəmən rəngi

Qışın populyar saç düzümləri siyahısında çox az seçim edilən rəngdir. Fərqliliyi ilə seçilən bu rəng saçında köklü dəyişiklik yaratmaq istəyən xanımlar üçündür.

5) Saç uclarında istifadə edilən açıq tonlar

Öz saç rənginizdən bir neçə ton açıq boya da son zamanların ən dəbliləri siyahısındadır. Üzünüzə isti bir təbəssüm bəxş etmək istəyirsinizsə, bu rəng elə sizin seçiminiz olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir