Psixoloqa müraciət edərkən ilk olaraq psixoloqun bürcünü soruşan və ya seanslarda bunu öyrənib psixoloqun şəxsi və peşə keyfiyyətlərini onun bürcünə əsasən şərh edən insanlar kifayət qədərdir. Həmçinin, bu insanlar özlərinin başqa insanlarla münasibətlərində baş verən mənfi və müsbət bütün hadisə və nəticələri də bürclərə əsasən qiymətləndirirlər. Bəs, doğrudan da, bürclərin insan xarakterinə və bu yolla onun taleyinə təsiri varmı? Varsa, bu təsir hansı səviyyədədir? Bunu aydınlaşdırmaq üçün “Güzəran psixologiyası”anlayışının izahına ehtiyac var.
Güzəran psixologiyası dedikdə, insanların öz həyat təcrübəsində başqa insanlarla ünsiyyət şəraitində əldə olunmuş biliklər nəzərdə tutulur. Bu biliklərin mənbəyi şəxsi və ictimai təcrübədir. Buraya atalar sözləri, el məsəlləri və s. biliklər də aiddir. Güzəran psixologiyasına aid biliklər ardıcıllıq daşımır, sübut olunmur, sadəcə birtərəfli şəkildə qeyd olunur. Məsələn,“Yaxşı at özünə qamçı vurdurmaz” atalar sözünü hər kəs uyğun məqamda konkret fikir kimi istifadə edir. Ancaq bu atalar sözünü istifadə edən insan bununla sadəcə öz yanaşmasını təsdiqləyir. “Yaxşı at”ifadəsindəki yaxşının hansı meyara əsasən (nəyə görə, hansı şərtlərdə və s.) yaxşı olduğunu, həmçinin, “qamçı vurdurmaz” ifadəsindəki cəza anlayışının hansı situasiya üçün müəyyənləşdirildiyini(hər situasiyada cəza eynimi olmalıdır, yoxsafərdi yanaşılmalıdır və s.) izah etmir. İndi qayıdaq bürclərə.
Bürclərin insan xarakterinə təsiri ilə bağlı heç bir elmi-tədqiqat nəticəsi və sistemli biliklər olmadığı üçün bürc məlumatları tamamilə ictimai və şəxsi təcrübəyə əsaslanır. Bununla insanları düzgün tanıdıqlarını iddia edən insanlar bilməlidirlər ki, nəticəni yaradan bürc deyil, həmin insanın inanc mexanizmidir. Yəni, əkizlər bürcününnümayəndələrinin qərarsız olduqlarına inanan insan, həmin bürcdən insanın geyim seçimindəki qərarsızlığını da buna uyğun şərh edir. Halbuki, hər bürcdən insan tez-tez geyim seçimində qərarsızlıq yaşaya bilir.
İnsan beyni öz fəaliyyətində sahib olduğu inancları təsdiqləməyə meyillidir. Ona görə də bürc, kodlama, xəritə və s. kimi vasitələrdən insan tanımaq, qərar vermək və s. məqsədilə istifadə edən insanların ordan alacaqları nəticə əslində əvvəldən bəllidir. Lakin bu kimi qeyri-peşəkar və əsassız üsullarla əldə olunmuş nəticələr insanların öz qərarlarında yanılma ehtimalını artırır. Reallıq yanılmanı göstərdiyi halda, inanc mexanizmi bunun doğru olduğunu təsdiqləməyə çalışdığı üçün belə insanlar daxili konfliktlərlə yaşayırlar.
Psixoloq Aygün Kərimli
(Mütəxəssislə 077 615 84 80 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz)
Aygun xanim sizce burclere inanmaq insanin oz heyatini izah etmesine komek edirmi?
Salam.
Söhbət əsaslı izahdan gedirsə, xeyr, heç bir köməyi yoxdur.
Məncə bürclərə çox inanmaq heç bir işə yaramır. Hər kəsin xarakteri fərqlidir, bürcləri bir-birinə bənzətmək çox çətindir.
Burc meselesi ele de ciddi deyil ama bezileri buna cox inanır. Mence, insanın xarakteri tecrubesinden ve heyatda gorduklerinden yaranir
Maraqlidir burcler insanlarin qerarlarina nece tesir ede biler?
Burcleri cox muzakire edirler ama bezen ele hiss edirem ki insanlar neinki burca inanir, daha cox burcun gucune inanan bir sey tapmaga çalisirlar. Her sey heyat tecrubesi ile gelir.