makiyaj

Cazibənizi artıracaq makiyaj dəbi – FOTOLAR

Baxış sayı: 571

Pandemiya səbəbilə bir ildən çoxdur ki, üzümüzü maska altında gizlətməyə məcburuq.

Vizajistlər bu problemdən çıxış yolunu göz makiyajına önəm verməkdə görür. Odur ki, bu yay göz kölgələrinin istənilən çalarını istifadə etməkdə azadsınız.

Klassik göz makiyajları aktuallığını itirib desək, yanılmarıq. Qara layner və qələmləri rəngli versiyalarına dəyişin ki, yayın optimist əhval-ruhiyyəsi baxışlarınızdan oxunsun.

 

Rəngli layner

Rəngli laynerlərdən qorxmaq lazım deyil. Yadda saxlayın ki, minimalist makiyajda qırmızı rəng belə, öz təsir gücünü bir qədər itirir.

 

Birrəngli

Monoxrom göz kölgələri ilə baxışlarınızı ön plana çıxarın və yeni rənglərlə dumanlı göz makiyajının fərqli versiyasını sınaqdan keçirin.

 

Ərəbsayağı

Ərəbsayağı vizaj ilə baxışlarınıza daha dərin cəlbedicilik gətirə bilərsiniz.

 

Qarışıq

Bu makiyaj cəsarətli və fərqlənməyi sevən xanımların seçimi olacaq. Mövsümün trend rənglərini makiyajda əks etdirməkdən çəkinməyin. Belə göz makiyajında heç bir maska cazibənizin azalmasına imkan verməyəcək. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir