anestezioloq-reanimatoloq sahin Memmedov

Vaksin vurdurduqdan sonra çimmək olarmı?

Baxış sayı: 597

Vaksinasiyadan sonra çimmək olmaz mifi hələ də moddadır. Ekskluziv olaraq yalnız Azərbaycanda. Bu qeyri-adi qadağanı camaata hansı əsrdən qalma həkim qoyub? Vaksin vurduranlar elə həmin gün çimə bilər. Vaksin vurulan sahəyə su dəyməsinin heç bir təhlükəsi yoxdur.

Bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyir.

Vaksinin təsirindən söz açan həkim immun çatışmazlığı olan insanlara COVID-19 vaksinin zərərli olmadığını bildirib: “İmmun çatışmazlıqlı insan dedikdə kimya, şüa terapiyası alan onkoloji xəstələr, ağır şəkərli diabet, QİÇS, anadangəlmə immun çatışmazlığı sindromları, orqan köçürülmüş xəstələr və autoimmun xəstəliklərə görə təyin olunmuş immun supressant dərman qəbul edən xəstələr nəzərdə tutulur. Onlara vaksin vurulması təhlükəli deyil, aseptik şəraitdə vurulubsa, digər insanlarda olduğu kimi əlavə təsirlərin görülməsi istisnadır.

Amma bu qrup xəstələrdə vaksin işə yaramaya bilər. Vaksinin onlarda COVID-19-a qarşı immunitet yaratma ehtimalı azdı. Ona görə hətta tam vaksinasiya olunmuş immun çatışmazlıqı olan xəstələr COVID-19-a qarşı özlərini ciddi qorumağa davam etməlidirlər”. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir