anestezioloq-reanimatoloq sahin Memmedov

Koronavirusun müalicəsində yol verilən CİDDİ SƏHV: “Təəssüf ki, bəzi həkimlər…”

Baxış sayı: 573

Evdə müalicə alan Covid xəstələrinin qızdırması qalxan kimi insanlar təşvişə düşür. Özbaşlarına sistem qoşurlar. Həkimdən də yaxşı antibiotik yazmasını xahiş edirlər, o yazmayanda da təyinata bəzən özbaşına əlavələr edirlər. Qonşunun məsləhəti ilə… Xüsusən bahalı geniş spektrli antibiotikləri həkimə demədən xəstənin müalicəsinə qoşmağa meyillidilər. Təəssüf ki, bəzi həkimlər özləri də bu səhvə gedir.

Bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyir. Koronavirus xəstələrinin səhv müalicəsindən danışan həkim bildirib ki, antibiotiklər bu xəstəliyi sağalda bilməz:

“Sanki psixoloji inam var ki, antibiotik nə qədər bahalıdırsa o qədər də kömək edəcək. Bu kobud səhvdir. Biləsiniz ki, qoşduğunuz o təzə antibiotik qızdırmanı salmayacaq. Görəcəksiz ki, qızdırma yenə qalxır. Onda başa düşəcəksiniz ki, Şahin doktor düz deyirmiş, boş yerə pulumuz getdi. Çünki qızdırmanı verən bakteriya deyil, bir virusdur, antibiotik ona təsir edə bilməz. Boş yerə xəstə həmin antibiotikin əlavə mənfi təsirlərinə məruz qalır. Bu mənfi təsirlər ciddidir.

Əgər antibiotik qoşulacaqsa, bunun başlanma vaxtını, növünü, dozasını həkimlər qərar verir. Mən özüm ilk həftədə heç kimə antibiotik yazmıram. Yüngül keçirənlərə heç yazmıram. Orta ağır keçirən, risk qrupunda olan xəstələrə də ilk həftədə yazmıram. Çünki ilk həftədə bakterial superinfeksiyanın əmələ gəlmə ehtimalı demək olar ki, sıfırdır. Boş yerə qoşacağım antibiotik diareya verə bilər, elektrolit disbalansına görə xəstə ağırlaşar”. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir