duz

Çox duz qəbuluna necə nəzarət olunmalıdır?

Baxış sayı: 820

Son illər mütəxəssislər, səhiyyə təşkilatları insanları duzun istifadəsini məhdudlaşdırmağa, duz istifadəsinə daha sərt nəzarət etməyə çağırırlar. Hesab olunur ki, duz orqanlarda müxtəlif patoloji pozuntulara səbəb olur.

Duzun artıq qəbulu bir çox xəstəliklərin, eləcə də yükəsk təzyiq, ürək-qan damar sisitemi xəstəlikləri, artıq çəkinin yaranmasında mühüm rol oynayır. Həmçinin dolayı yolla xərçəngin yaranmasında da artıq qəbul edilən duzun rolunun olduğu iddia olunur.

Ümumdünya Səhiyyə Təşkilatının son zirvə toplantısında qəbul edilən qərara əsasən, dünyanın bir çox ölkələrində, xüsusilə Avropada duzun çox qəbul edilməsinin qarşısını almaq məqsədilə yüksək duz konsentrasiyasına malik olan qida məhsulları, hazır yeməklər işarələnəcək, onların üzərində duzun miqdarı göstəriləcək.

Alimlərin son araşdırmaları göstərir ki, duzun hətta nisbətən az miqdarda artıq qəbulu son dərəcə zərərlidir, xüsusilə də xərçəng və ya həzm xəstəliklərinin inkişafı riski olan insanlarda ciddi fəsadlar yaradır. Odur ki, duz qəbuluna nəzarət çox vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir