goz

Daimi stress və yuxusuzluq bu xəstəliyə də səbəb olurmuş

Baxış sayı: 1. 107

Daimi stress gözlərdə qlaukomanın yaranması və yuxusuzluqla müşayiət olunur. ABŞ və Almaniyadan olan tədqiqatçıların birgə fəaliyyəti qlaukoma və yuxusuzluq arasında aydın görünən əlaqənin olduğunu müəyyən etməyə imkan verib. Bu cür nəticələr görmə orqanlarında xəstəlikləri olan 6500-dən çox resipiyentin vərdişləri əsasında əldə edilib.

Ekspertlər hər bir xəstənin yuxu saatlarının müddətini, sonrakı yuxu üçün yuxu həbinin mövcudluğunu və gündüz aktivliyi nəticəsində yaranan yorğunluq göstəricilərini nəzərə alıblar.

Bir müddət sonra alimlər müəyyən ediblər ki, 180 dəqiqədən az və ya 600 dəqiqədən çox yatmış fərdlər standart yuxu müddəti olan insanlardan daha çox görmə aparatının zədələnməsi şəklində diskomfortu hiss edirlər.

Qlaukoma və yuxusuzluq arasında əlaqənin olmasını göstərən tədqiqatçılar bildirib ki, daimi stress də bu xəstəliyin geniş yayılması şansını artırır.

Qeyd edək ki, qlaukoma, xalq arasında “göz təzyiqi”, “qarasu” adlandırılan xəstəlik göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan haldır. Müalicə edilmədiyi halda korluqla nəticələnir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir