USAQLAR

Dünyanın ən maraqlı tayfaları – FOTOLAR

Baxış sayı: 415

Texnologiya və müasir həyat imkanları ilə insanların əksəriyyəti günümüzdə şəhərlərdə və nisbətən daha yaxşı şəraitdə yaşayırlar.

Bununla yanaşı, Meksika, Braziliya, Afrika, Hindistan, İndoneziya və Avstraliya kimi dünyanın fərqli yerlərində yaşayan yüz minlərlə insan min illər əvvəl əcdadları kimi həyatlarını davam etdirirlər. Dünyanın qalan hissəsindən təcrid olunmuş şəkildə yaşayan bu qəbilələr özlərindən kənar olanlara qarşı kifayət qədər uzaq və düşmən kimi olurlar. Belə ki, dünyanın müxtəlif yerində fərqli olan qəbilələr, bəzilərini heyrətləndirəcək, bəzilərinin  isə qan donduran cəhətlərinə nəzər yetirək.

 

Suyun altında dəqiqələrlə nəfəs ala bilrlər

Hind okeanında yaşayan Bajau qəbiləsi 2004-cü il sunami fəlakətində belə itki verməyib. İndoneziya sahillərində demək olar ki, bütün ömrünü okeanda keçirən qəbilə üzvləri yerimədən əvvəl üzməyi öyrəniblər. 10 dəqiqədən çox suyun altında  qalma qabiliyyəti olan  Bajau qəbiləsi bu xüsusiyyəti ilə alimlərin də, diqqətini çəkib.

Balıqçılıqla dolanan cəmiyyət, əsrlər boyu okeanı evləri olaraq istifadə ediblər. Əllə düzələn qayıqlarında yaşayan Bajaular sahilə yalnız barter və qayıq təmiri kimi şeylər üçün gəlirlər.

 

Adalarına girməyə çalışan hər kəsi öldürürlər

Hind okeanı yaxınlığındakı Sentinel adasında yaşayan yerli əhali dünyanın ən qapalı icmalarından biridir. Bəlkə də, ən qapalı cəmiyyətdir. Belə ki, yalnız balıq ovu ilə yaşayan və xarici aləmlə alış-veriş etməyən Sentinel qəbiləsi  adaya gəlmək istəyənlərə qonaqpərvərlik göstərmirlər. Yaxın dönəmlər da daxil Sentinelin yerli sakinləri ünsiyyət qurmaq üçün adalarına girməyə çalışan əcnəbiləri öldürürlər. Bu səbəbdən bu gün də Sentinel adasına girib qəbilənin gündəlik həyatına çəkmək istəyən bir foto və ya heç sənədli film yoxdur.

 

Texnologiyanı rədd edən Amerika qəbiləsi- Amiş

Müasir həyatın bütün imkanlarını inkar edirlər və elektrik enerjisindən istifadə etmədən yaşayırlar. Amişlər bu günlərdən çox daha əvvəl yaşayıblar. ABŞ-ın şimal-şərqində yaşayan tayfa işığı kerosin lampalarından alırlar. Üç əsr bundan əvvəlki kimi yaşamağı qəbul edən tayfa, həm də at arabaları ilə işlərini təmin edirlər. ABŞ-ın ən inkişaf etmiş yaşayış məskənlərinə sahib olmasına baxmayaraq, bu avropalı immiqrant icması 21-ci əsrin bütün texnoloji yeniliklərindən istifadə etməkdən israrla imtina ediblər.

 

Bədənlərini pirsinqlə deşirlər

Hinduların bu müqəddəs bayramında insanlar Muruğana qurbanlarını yad etmək  üçün bədənlərinin ən həssas hissələrini pirsinqlə deşirlər. Bu ənənə, Hindistanla yanaşı Şri Lanka, Sinqapur, Mauritius, Malaziya, Tayland və Myanmada yerli mədəniyyətin bir hissəsidir. Qurbanlıq əlaməti kimi yerinə yetirilən bu ayinlər kənardan baxanlar üçün olduqca qorxulu olub.

 

Ölülərini yandırırlar

Venesuela və Braziliya sərhədləri daxilində yaşayan Yanomami qəbiləsinin öz ənənələri var. Ölənlərini yandıran Yanomami qəbiləsinin üzvləri ölülərin küllərini yerli bir şorbaya səpir. Onlar bu şorbanı içdikləri zaman ölənlərin ruhlarının bədənlərinə keçdiyinə inanırlar. Üstəlik, bu şorba mərhumun ən əzizi tərəfindən içilməlidir.

 

Hamam qadağası

İndoneziyada yaşayan Tidonq icmasında evlilik zamanı cütlər qalın bir pərdə ilə ayrılaraq yan-yana otururlar. Mərasim zamanı bəy gözəl sevgi mahnıları oxumadığı təqdirdə gəlinin üzü göstərilmir. Gözəl sevgi mahnıları oxunduqdan sonra pərdə açılır. Daha sonra ritualın son hissəsi olaraq, evli cütlüyün üç gün hamama getməsi qadağan olur.

 

Barmaq kəsmə ayini

Okeaniyadakı  yaşayan bu ada ölkəsi tukürpədici  bir ənənəyə sahibdir. Baliem Vadisində yaşayan Dani qəbiləsinin üzvləri, mərhum qohumlarının cənazə mərasimində çəkdikləri kədərin ifadəsi olaraq barmaqlarını kəsirlər. Bu həm də onların vəfat etmiş qohumlarına olan sevgisini bildirir.

 

Çılpaq qadınlar qəbiləsi

19-cu əsrdə böyük bir mal-qara epidemiyası səbəbiylə yox olma səviyyəsinə gələn Himba qəbiləsi, cənuba doğru hərəkət edib və həyatda qalmaq üçün fərqli bölgələr tapıblar. Bu qəbilədə kişilər heyvanlara baxarkən qadınlar gündəlik işlərlə məşğul olurlar. Xarici aləmdən təcrid olunmuş halda yaşayan qəbilə, ənənələrini bu zamana qədər yaşatmağı bacarıb. Qadınların qırmızı dərisi də qəbilənin ən diqqət çəkən xüsusiyyətlərindən biridir. Özlərini günəşdən qorumaq üçün hazırladıqları qarışıqları bütün bədənlərinə sürtərək yola çıxırlar. Qadınlar xüsusi bir daşı kiçik parçalara bölüb yağla qarışdırdılar. Bu qarışığı bir az isidib bədənlərinə sürtürlər. Burada yaşayan gənc qızlar başlarına inək və ya keçi dərisindən hazırlanmış bir tac taxırlar. Bu tacları yalnız yetkin yaşına çatmış  qızlar taxırlar. Bu qəbilədə qadınların çimməsinə icazə verilmir. Yalnız kişilərin su ilə yuyunmasına icazə verilir. Bu qəbilənin xüsusiyyətləri və mədəniyyətlərini hələ də tam həll edə bilməyiblər.

 

Vüsal Cahanov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir