is

Evdə işləyən anaların bilməli olduğu həqiqətlər – MƏSLƏHƏT

Baxış sayı: 1. 394

Bəzi analar evdən işləməyi üstün tuturlar. Ancaq ofisə getmək məcburiyyətindən xilas olmaq gözəldir, xüsusən də övladınız varsa. Evdə işləmək bu baxımdan yaxşı olsa da, bəzi mənfi tərəfləri də var.

 

Diqqətin dağılması

Evdə uyğun şəraitdə işləmək üçün masa və bir kompüterə ehtiyacınız olur. Evdə ev işlərinə diqqətinizin dağılması mütləq mümkündür. “Evlə bağlı bir-iki işi edim, sonra işimə başlayım” deyə günə başlayırsınızsa, günün sonunda işinizlə bağlı heç bir şey etmədiyinizin fərqinə varacaqsınız. Bunun üçün işlədiyiniz şəraiti tam olaraq bir ofis halına gətirin.

 

Ayrı qalmaq

Ofis şəraiti daha dinamikdir. Ofisdə işləyən həmkarlarınızla tez-tez əlaqə saxlayın.

 

İşdən qalmaq

Evdə işləyərkən inanın ki, “anan indi işləməlidir” cümləsi nə həyat yoldaşınız, nə də uşağınız tərəfindən başa düşülməyəcək. Buna görə işinizi yarımçıq qoyub onların arxasınca qaçmalı olarsınız. Ailə üzvlərinizlə danışıb, siz işləyərkən çox vacib olmadığı hallarda sizi narahat etməmələrini istəyin.

 

Həddən çox istirahət etmək, rahat olmaq

Üzərinizdə sizi kənardan izləyən bir müdir baxışı olmadığından evdə özünüzü daha rahat hiss edə bilərsiniz. Ancaq bu işə boş yanaşıb daha çox istirahət etməlisiniz demək deyil. Evdə olsanız da, özünüz üçün bir iş disiplini qurun.

 

Özünü işə çox həsr etmək

Ofisdən kənarda qaldığınız üçün hər dəfə də e-mailinizi yoxlaya, özünüzü ancaq işə həsr etmiş olarsınız. Bu ailənizlə aranızdakı münasibətə mənfi təsir edə bilər. Buna görə maillərə baxmaq, dostlarınızla danışmaq üçün müəyyən bir vaxt təyin edin.

“İstər evdar, istərsə də işləyən qadın ilk növbədə vaxtını düzgün idarə etməyi bacarmalıdır” - Gənclərə məsləhət




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir