Evde-ofis-isi-qurmaq-ucun-10-meslehet166566

Evdə ofis işi qurmaq üçün 10 MƏSLƏHƏT

Baxış sayı: 2. 575

Ev ofis işinin bir çox üstünlüyü var. Məsələn öz iş proqramınızı tənzimləyə, zamandan qənaət edə bilərsiniz və yol pulu vermək məcburiyyətindəqalmazsınız. Lakin ev ofis işində müvəffəqiyyətli olmaq və məhsuldarlığı artıracaq bir ofis şəraiti yaratmanız lazımdır.Bu yazımızda yeni işiniz üçün professional bir ev ofis işi qurmağınıza köməkçi olacaq məsləhətlər tapa bilərsiniz.

Uğurlu bir ev ofis işi necə qurulur?

1. Rəsmi prosedurlardan faydalanın

Şəxsi müəssisə işlətməklə əlaqədar olan rəsmi təşkilatlara müraciət edərək məlumat almağınız və tələbləri düzgün və dəqiq yerinə yetirməyiniz lazımdır. Qanuni prosedurlara əməl etməyiniz ofisinizin davamlı nizamlı qalmasını və istədiyiniz məlumatı istədiyiniz anda əldə etməyinizi yüksək səviyyədə təmin edəcək.

2. İlk öncə önəmli olan ofis avadanlıqlarının siyahısını tutun

Evinizin bir otağını ayırmadan və bu otağı ofis olaraq təyin etmədən əvvəl sizə lazım ola biləcək avadanlıqların siyahısını tutun. Bu “önəmli ehtiyaclar” siyahısı olacaq. Masa, kompüter, faks maşını, telefon və s. kimi ofisinizdə mütləq olması lazım olan əşyaları qeyd edin.

3. Ev ofis işiniz üçün yer ayırın

Mühüm ehtiyaclarınızın siyahısını qeyd etdikdən sonra ofisiniz üçün lazımlı olan otaq sayına qərar verməlisiniz. Bunu nəzərə alaraq ofis sahəniz üçün evinizdə xüsusi bir yer seçin. Yaxşı olar ki, şəxsi, sakit və səssiz ortam seçəsiniz. Evinizi yoldaşınızla, uşaqlarınızla və ya otaq yoldaşınızla paylaşırsınızsa, bu ayrı-seçkiliyi etməyiniz çox əhəmiyyətlidir. Məsələn, qapısı olan boş bir otaq sizin üçün uyğun ola bilər, çünki qapını bağladığınız zaman az da olsa, səssizliyiniz təmin olunacaq. Və ya ev ofis işində müştərilərinizlə danışıqlar edəcəksinizsə, evin girişindəki ilk otağı seçməyiniz daha səmərəli olacaqdır.

4. Yaradıcı olun: işinizi nəzarətdə saxlayın və lazım olmayan əşyaları yığıb saxlayın

Əsasən ev ofis sahələri məhdudlaşır. Otaqda yalnız bir kürsü və bir masa olsa belə özünüzü narahat hiss edə bilərsiniz. Lakin professional ev ofis sahələrini yaxşı təşkil etmək lazımdır. Bu da həm qovluqları (fayllar, vəsaitlər, və s.), həm də kifayət qədər iş sahəsini planlaşdırmadan irəli gəlir. Yaradıcı olmaq lazımdır. Məsələn rəfli, blok çəkməcəli masadan istifadə edə bilərsiniz. İstəsəniz faylları başqa bir otağa da qoya bilərsiniz. Lakin unutmayın ki, tez-tez istifadə edilən faylların və ya materialların əlinizin altında olması lazımdır. Bir sözlə məqsədinizin təməl ehtiyaclarını qarşılayacaq bir ofis sahəsi yaratmaq vacibdir.

5. Otağınızın işıqlanmağına şərait yaradın

Mümkünsə gün işığı düşən bir otaq seçin. Ofisinizə gün işığı az və ya heçdüşmürsə, işıqlandırma sizin üçün daha da önəmli olacaq. İlk mərhələyə işsahənizi kifayət qədər yüksək səviyyədə işıqlandırılması ilə başlayın. Daha sonra sadə işıqlandırmaları və ya masa lampaları əlavə edə bilərsiniz. Son olaraq, işıqlandırma növünüzə nə olursa olsun kompüterinizi doğru yerləşdirməkdənəmin olun ki ekranda parıltı olmasın. Məqsəd göz yorğunluğunu minimuma endirən balanslı işıqlandırma təmin etməkdir.

6. Ev ofisiniz üçün telefon təsis edin

Ev ofis qurmağın üstünlüklərindən biri ümumi xərclərin digəri ofislərə görə aşağıolmasıdır. Ev telefonundan istifadə professional görünməyinizi məhdudlaşdırar, həm də ev telefonunu istifadə etməyin ən məşhur təhlükələrindən biri səsli mesaj qutusunun paylaşılacaq olmasıdır. Bu müştərilərinizin çaşqınlığına səbəb olmaqla yanaşı telefonu paylaşdığınız zamanda ailə üzvlərindən biri telefonu aça bilər və bu da müştərilərinizin yaxşı bir təəssürat buraxmaz. Bu səbəblə ən yaxşısı ev ofisiniz üçün ayrı bir telefon nömrəsi almaqdır. Təbii ki, cib telefonunuzdan da istifadə edə bilərsiniz.

7. Ofisiniz üçün əsas komplektləşdirici, keyfiyyətli, rahat işləməyinizəşərait yaradan avadanlıqlar alın 

Ev ofisiniz üçün rahat işləməyinizə şərait yaradan avadanlıqlar almağınız mühüməhəmiyyət daşıyar və olması lazım olan avadanlıqlar içində yalnız telefonlar yoxdur. Təəssüf ki, gərəksiz avadanlıqlara pul xərcləmək daha cazibədar gəlir. Pulunuzu yaxşı bir masa (rəfli, blok çəkməcəli masa), belinizin rahatlığını təmin edəcək rahat bir kreslo, yaddaşı yüksək olan kompüter, sürətli internet əlaqəsi vəproqram təminatı kimi digər zəruri avadanlıqlar və vasitələr üçün xərcləyin.

8. İş həyatınızla özəl həyatınızı qarışdırmayın

Evdə fəaliyyət göstərərkən iş həyatınızla özəl həyatınızı bir-birindən ayırmaq olduqca əhəmiyyətlidir. Ilk olaraq şəxsi xərclərinizi müəssisə xərclərinizləqarışdırmamaq üçün ayrıca bir hesab açdırmalısınız. Zamanla meydana gələbiləcək qarışıqlıqların qarşısını almaq və minimuma endirmək üçün şəxsi çekləri, sənədləri, qovluqları və hətta elektron poçtunuzu ayırmalısınız.

9. İş saatınızı proqramlaşdırın

Ev ofis işinin ən önəmli üstünlüklərindən biri rahatlıqdır. Lakin kifayət qədər zaman ayırmağınızı təmin etmək lazımdır. İş proqramı hazırlamağınız sizin leyhinizə olmaqla yanaşı müştərilərinizin sizinlə nə zaman və necə əlaqəqurmalarını da təmin edəcək. Ofis saatlarını təyin etmək diqqət dağınıqlığını vəxəbərsiz telefonları və ya istenmeyen ziyarətləri minimuma endirmənizəköməkçi olacaq.

10. Vaxtı izləməyiniz üçün ev ofisinizə bir saat asın

Ofisinizdə divara bir saat asmağı və ya masanıza bir saat qoymağı unutmayın. Sizə gülünc gəlsə də bu olduqca əhəmiyyətlidir, çünki evdə çalışarkən zamanıunuda bilərsiniz.

Tərcümə etdi: Zülfiyyə Sərdarova (cazibe.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir