sabun

Evdə özünüz sabun hazırlayın – QAYDASI

Baxış sayı: 1. 604

İstər hədiyyə vermək üçün, istərsə hobbi olaraq evdə sabun hazırlaya bilərsiniz. Həm asudə vaxtınızı maraqlı keçirəcəksiniz, həm də yaradıcı təxəyyülünüzü ortaya qoymuş olacaqsınız. Aile.lent.az evdə sabun hazırlamaq üçün lazım olan materialları və hazırlanma qaydasını təqdim edib.

Xoş qoxu verən rəngarəng sabunları evdə dekorasiya kimi saxlaya, hədiyyə verə, hətta istifadə edə bilərsiniz.

Lazım olan vasitələr: sabun, sabun boyası, sabun mayesi, silikon şəkilli qablar

1224614_ba06d04f52f1267135775b8eac0aaa3a_640x640_4eede9801af24aa9e2d44214f9ff28db

Hazırlanma qaydası:

  • Əvvəlcə sabunun özünü bıçaqla uzununa doğrayın.
  • Sonra daha asan əriməsi üçün üfüqi istiqamətdə də doğrayın.
  • Doğradığınız sabunları əritmək üçün uyğun bir qab tapın.
  • Sabun parçalarını kiçik bir su qızdırıcısının üzərində də əridə bilərsiniz
  • Əriməyə başlayanda qaşıqla dayanmadan qarışdırın.
  • Davamlı qarışdırmanız ərimə müddətində sabunların üzərinin qatılaşmasına maneə törədəcək.
  • Əriyən sabuna toz və ya maye halda satılan sabun boyası əlavə edin.
  • İstədiyiniz rəng alınana qədər boyanın miqdarını artıra bilərsiniz.
  • İstədiyiniz rəngə çatmasını təmin etmək üçün qarışdırmağa başlayın.
  • Sabun boyası qatılan ərimiş sabunu buxarın üzərindən götürməyin. Çünki silikon qablara qoyulana qədər sabun qatılaşmamalıdır.
  • İstədiyiniz rəng alındıqdan sonra sabun mayesi əlavə edib fərqli qoxular əldə edə bilərsiniz.
  • Müxtəlif fiqurları olan silikon qablara hazırladığınız qarışımı tökməyə başlayın.
  • Sabun tökülərkən ətrafa yayılmamasına diqqət edin.
  • Bu əməliyyatı bitirdikdən sonra silikon qabları donmağa qoyun.
  • Dondurma əməliyyatı qabın böyüklüyünə görə dəyişə bilər, ən az 7, ən çox 15 dəqiqəyə donma prosesi sona çatır.
  • Donduqdan sonra silikon qablardakı sabunları tək-tək çıxarın.
  • Sonra isə bu rəngli və qoxulu sabunları kiçik kisəciklərin içinə yerləşdirin.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir