matild manukyan 1

ASALA-nın pul kisəsi olan `fahişəxanalar kraliçası` – Matild Manukyanın gerçək tarixçəsi

Baxış sayı: 2. 039

Türkiyədə seks biznesini rəsmiləşdirən, İstanbulda ilk taksiçilik işini quran məşhur fahişəxanalar kraliçası Matild Manukyan öz işindən heç vaxt utanmadığını deyib. Görəsən gördüyü işdən utanmayan bu qadını Türkiyədə belə məşhurlaşdıran nədir ? Matild Manukyanın Türkiyə tarixində 4 dəfə vergi rekordmeni olamasımı? Yəqin ki, cavab elə belədir. Kiçik yaşlı qızları da ”Genel ev” adlandırılan fahişəxanalarda çalışdıran Matildin şərəfinə hətta heykəl də qoyulub, amma Taksimdə yox, öz həyətində.

ASALA təşkilatına da dəstək olduğunu bildirən Matild Manukyan 1914-cü ildə İstanbulda erməni ailəsində anadan olub. Həyat yoldaşının ölümündən sonra açdığı atelyedə paltar tikərək pul qazanıb. Daha sonra Karaköydə atasına məxsus binaları fahişəxana idarəçilərinə kirayəyə verən Madam ödəniş etməyən bir kirayəşinin köməyi ilə bu fahişəxanaya ortaq olur. Əvvəlcə ev sahibi ilə bu işə başlayır və daha sonra işlətdiyi fahişəxanaların sayı 14-ə çatır.

Fahişəxanadan qazandığı pullarla çoxlu sayda daşınmaz əmlak alan Manukyan rəsmi qurumlardan vergi rekortmenliyi ilə bağlı sənədlər alır və MM adını verdiyi muzeydə şərəfli həyatı ilə bağlı uğurlarını sərgiləyir. Şərəfli deyəndə ki, ermənilərə məxsus ”şərəfi” nəzərdə tuturam və əgər həqiqətən bu söz onların lüğətinə daxildirsə.

2001-ci il 21 fevral tarixində Beyoğlu Üçhoron Kilsəsində təşkil edilən mərasimin ardınca Şişli Erməni qəbirstanlığında basdırılır. Mərasimdə Manukyanın Amerikada yaşayan oğlu Kerobe Çilingir, qardaşı Ferdinand Manukyan və nəvələri işirak edir.

Kiçik yaşlı qızları da bu fahişəxanalarda işlətməsi iddiası ilə həbs edilib və daha sonra sərbəst buraxılıb. Jurnalist, yazar Mehmet Şevket Eygi Manukyanın tutlub sonra da sərbəst buraxılmasını belə şərh edib: “Kiçik yaşlı qaçaq qızları pis yollara çəkən Manukyanın tutulması ilə sərbəst buraxılması arasından çox da vaxt keçmədi. Madam həbs edilməsi iddiası ilə Şişli ədliyyəsinə göndərildi. Kirayə evdə qalan Şişli Ədliyyəsinin ev sahibəsi bilirsiniz kim idi ? Təbii ki Manukyan… Kirayə haqqının ödənilməsi günü Madam məhkəməyə gətirildi. Amma ki, nə təsədüf. Gəlmişkən kirayə pulunu da ala bilsə idi. ev sahibəsi Madamın sənədləri yoxlandı və tutulması üçün səbəb görülmədi və qərar verildi. Madam, sərbəstsiniz!”

1995-ci il 28 sentyabr tarixində cangüdəni Mehmet Urhanın hədəf alındığı hücumda yaralanan Manukyan hadisəni belə danışır: “ O hücum mənə qarşı yox cangüdənim Mehmet Urhana qarşı yönəlmişdi. Mehmet mənlə işləməzdən öncə İstanbul Bankında Özer Çillərin yanında işləyirdi. Amma ki, mən haradan bilərdim ki, Mehmetin düşmanı var. Yaralandıqadan sonra məni Şişli Etfalə apardılar. Orada ilk yardım göstəridikdən sonra Florance Nightlingale xəstəxanasına göndərildim. 7 dəfə əməliyyat edildim. Hal-hazırda ayağıma bir alət taxıblar ki, sümüklər əvvəlki vəziyyətin alsın”.

Manukyan sahib olduğu varidatı haqqında da bir dəfə açıqlama verib. O, Yalovada Qazipaşa küçəsində 200-ə yaxın mənzili olduğunu, 1993-cü ildə Antalyada 5 ulduzlu Bilion, Elegans otellərini aldığını və Almaniyada 100 çarpayılı otel tikdirdiyini deyib. Bu otel üçün 1 milyon dollar pul xərclədiyini də əlavə edib. Eyni zamanda tikdirdiyi fabirkdə tekstil, paketləmə və qablaşdırma üzrə 3 istiqamətdə istehsal həyata keçirəcəyini deyib.

Manukyan Kipr və İsanbuldadakı bəzi yatırımları haqqında bu məlumatları verib: “Feriköydə bir ofis binası tikdirirəm. Avcılarda da ofis binası və mənzil tikintiləri davam edir. 1 il içində işlər yekunlaşacaq. Həmçinin Şişlidə ədliyyə binasının altındakı dükanları da qızıl unvermaqlarına çevirmək fikirim var. Kiprə gəlincə ”Polat Holdingin” Girnedə tikdiyi villalardan 10-u mənə məxsusdu. Əlavə olaraq prezident Rauf Denktaşla da yaxın dostluğum var. Hər yeni ildə hamıdan öncə ondan təbrik məktubu alıram. Xəstə olanda da mənimlə müntəzəm maraqlandı”.

Manukyanın iflasdan xilas etdiyi 3 iş adamı onun Çində hazırlanmış heykəlini iş qadınının həyətində ucaltdılar. Xanım 3 iş adamının adını deməyib və bildirib ki, ibadətdə və ticarətdə gizlilik əsasdı.

Manukyanın son varidatı belədir: Yalovada 200 mənzil, İstanbulda 500 mənzil, 70 ofis binası, İkitelli sənaye bölgəsində tikilən tekstil fabriki, 1 ədəd Rolls Royce markalı avtomobil, 4 ədəd son markalı BMW və Mercedes markalı avtomobil, 1993-cü ildə aldığı 18 metrlik Sang Harmony adlı yaxta, Girnedə 10 villa, Antalya və Alanya da 3 ədəd 5 ulduzlu otel, Kino ulduzu Sezer Sezindən 1993-cü ildə aldığı köşk, müxtəlif vəqflərə bağışladığı 70-dən çox mənzil, dəyəri triliyonlarla ölçülən zinət əşyaları və daş-qaş.

2001-ci il fevral ayında ölən fahişəxana sahibəsi Matild Manukyanın mirasına sahib çıxmaq üçün oğlu məhkəməyə müraciət edib. O, anasının tək varisi olduğunu bildirib.

Manukyan haqqında çox sözlər gəzir. Belə ki bir dəfə ondan “ASALA“ haqqında da soruşulub. O, isə bu təşkilata pul dəstəyi göstərdiyini deyib. Manukyan türkiyəli olduğunu vurğulayıb və daha sonra pul istəsələr də vermədiyini açıqlayıb.

Onun işlətdiyi fahişəxanalar leqal şəkildə fəaliyyət göstərib. Belə ki o, intim biznesi Türkiyədə leqallaşdıran ilk şəxsdir. Fahişəxanaların bağlanması təhlükəsi ilə üz-üzə gələn qadın dövlət orqanları ilə danışığa girir. Qazandığı pullara görə vergi ödəməyə başlayır. Sahibi olduğu binalardan İstanbul Şişli Bələdiyyəsi və İstanbul Şişli Polis İdarəsinin kirayəsini isə 4 dəfə aşağı salır. Məşhur fahişəxanalar kraliçası əldə etdiyi gəlirlə İstanbulda ilk taksiçilik işini qurur. Taksilərdən gələn gəlirdən polis idarələrinin təmirinə külli miqdarda pul ayırır. Beləliklə, Matild Manukyan Türkiyə tarixində 4 dəfə vergi ödəyicisi rekordmeni seçilir.

Bütün fahişəxanalarının rəsmi şəkildə fəaliyyət göstərilməsi deyilsə də bir dəfə illeqal fəaliyyət göstərən bir fahişəxanasına polis basqin edir. Ev sahibəsi bildiri ki, onu həbs etməyin mənası yoxdur. O, bir siyasətçinin dostu olduğunu deyir. Polislər onu həbs etsələr də buna peşiman olurlar. Başda adını verdiyi siyasətçi olmaqla 5 millət vəkili zəng edir və qadın sərbəst buraxılır.

Onunla işləyən qadınlar müqavilə bağlayır və daha sonra Manukyana borclanırdılar. Beləcə ömürləri boyu ona işləməyə məcbur olurdular. Əgər qaçırdılarsa da Manukyan oları məhkəməyə verir və bununla da ürəyi soyumurdu. Qeyri-qanuni yollarla oları tapıb yenidən işləməyə məcbur edirdi.

Həyatı boyu bu çirkin işlə məşğul olan erməni əsilli Manukyanı Türkiyədə bəzi insanlar hələ də hörmətlə anır. Gördüyü işləri qulaq ardına vuraraq ödədiyi vergini gözə soxan bu adamların niyyəti deyəsən “Zürafə küçəsinin Maması“nı ilahiləşdirməkdir.

Vüsal Abbaszadə / femida.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir