Zumrud Haqverdiyeva

Evliliyi bitirən səbəblər nələrdir? – “SEANS VAXTI”

Baxış sayı: 264

1) Yalan: Güvən insanın  əsas duyğularından biridir. Sağlam bir evlilikdə cütlüklərin bir-birinə güvənməsi və dürüst olması çox vacibdir. Cütlüklərdən  birinin dürüst olub, etdiyi səhvi dilə gətirməsi ünsiyyət yolu ilə həll oluna bilər, lakin səhvlərin yalanla davam etməsi,  evliliyin dağılmasına səbəb ola bilər. , çünki yalan münasibətlərdəki inamı zədələyəcəkdir.

2) Xəyanət:  Evlilikdə xəyanətin ortaya çıxması nikahın sona çatmasının ən əhəmiyyətli səbəblərindən biridir. Bu proses cütlüklər arasında ciddi böhrana gətirib çıxarır və  yaxşı idarə olunmazsa, inamsızlıq və şübhə cütlüyün münasibətinə girib əbədi olaraq orada qalaraq boşanmaların yolunu aça bilər.

3) Cinsi problemlər: Evlilikdə seks hər şey deyil, amma çox şeydir. Cütlüklərdən birinin cinsiyyətlə bağlı istəksizliyi və ya cinsi problemlər nəticəsində müalicə olunmaması evliliyə kökündən təsir edir və əlaqəni boşanma prosesinə sürükləyə bilər.

4) Həddindən artıq qısqanclıq: Münasibətlərdə dozada olan qısqanclıq birlikdəliyi  canlı saxlayır və cütlükləri  bir-birinə yaxınlaşdırır. Həddindən artıq qısqanclığın ən əhəmiyyətli səbəbi həyat yoldaşları arasında ünsiyyət problemləridir. Qısqanc həyat yoldaşı “görüş, səni itirmək istəmirəm” çağırışına müsbət cavab verə bilmirsə, bu davamlı davalara çevrilir. Qısqanc həyat yoldaşı “mənə güvənmir” düşüncəsinə  səbəb olmaqla, evliliyi gizli şəkildə pozur və boşanmaya səbəb ola bilir.

5) Şiddət və alçaltma:  Cütlüklərin  hər hansı bir vəziyyətdə davamlı olaraq aşağılayıcı söz və davranışları nəticəsində ortaya çıxan qəzəb, yaranan problemləri ünsiyyət yolu ilə həll edə bilməmələri evlilik prosesinə dərindən təsir edir və boşanmaya səbəb olur.

6) İqtisadi problemlər: Həyat yoldaşlarından birinin işsiz olması, işsiz həyat yoldaşının iş axtarmaq istəməməsi və məsuliyyətsizliyi cütlər arasında gərginliyə,  boşanmalara səbəb ola bilər.

7) Diqqətsizlik: Cütlüklərdən  biri daim başqa hobbilərlə məşğuldur, iş həyatında daha çox vaxt keçirir  və evinə baxmır, həyat yoldaşından daha çox dostları ilə vaxt keçirməyə çalışır.

8) Psixoloji problemlər: Cütlərdən birində mövcud olan və ya ortaya çıxan psixoloji pozuntular, müalicə olunmaq istəməməsi digər həyat yoldaşının ondan uzaqlaşmasına, boşanmalara səbəb ola bilər.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir