“Facebook”a “bəyənmədim” funksiyası gəlir

Baxış sayı: 1. 873

“BBC” xəbər verir ki, saytın yaradıcısı Mark Zuckberq, facebook-da “bəyənmədim” funksiyasının həyata keçirilməsi barədə düşünür. Kaliforniyada baş tutan “Q & A” sessiyasında çıxışı zamanı Zuckerberq sosial şəbəkə istifadəçilərindən bu funksiyaya çox tələb aldığını bildirib.

O, saytda olan bu problemi həll etmək üçün bir yol tapmalı olduğunu vurğulayıb. Eyni zamanda, bu funksiyanın insanların ismarıclarını alçaltmadığına əmin olmalı olduqlarını da qeyd edib.

Hər gün minlərlə insan facebook-da həyatlarındakı şən və ya acı anlarla bağlı hadisələri bölüşdüklərini ifadə edən Zuckberq bir çox insanın belə hallarda, sadəcə, “bəyən” funksiyasına basmaqdan xoşlanmadıqlarını, bunun o andakı “bəyənmə” vəziyyətinə uyğun duyğu olmadığını, bu səbəblə, “bəyənmədim” funksiyasının da olmasının lazımlı olduğunu söyləyib.

Qeyd edək ki, dünyanın ən çox istifadə olunan sosial şəbəkəsi olan facebook-da hər gün minlərlə insan foto, video və ya yazı paylaşır və hər gün facebook-dakı paylaşımların nəticəsində 4.5 milyard bəyənmə olur. /ailem.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir