2

Fransada təhsil alan həmyerlimiz: “Burdakı təhsilin əsas üstünlüklərindən biri…” – “TƏLƏBƏ BİLETİ”

Baxış sayı: 1. 532

“Gencaile.az” saytının “Tələbə bileti” rubrikasının budəfəki qonağı Strasburq Universitetinin Kompüter Elmləri fakültəsində təhsil alan Əli Məmmədovdur.

 

– Adətən, azərbaycanlı tələbələr ölkəmizə yaxın olan dövlətlərdə, əsasən də Türkiyədə təhsil almağa üstünlük verir. Siz isə Fransaya üz tutmusunuz. Bunun səbəbi nədir?

Əslində səbəblər çoxdur: Azərbaycanda oxuduğum universitetin Fransa ilə əlaqəli olmağı, bura gələ bilmək üçün yaratdığı şans, fransız dilinə olan marağım və s. Digər tərəfdən, Fransada xarici tələbərə çox yardım olunur.  Məsələn, təqaüd qazanmaq şansı və dövlət universitetlerinin çoxunda təhsil haqqı çox aşağıdır.
Maqistr pilləsinə məsələn, illik 253 avrodur.

 

–  Təhsilin keyfiyyəti necədir? “Hörmət” edib qiymət almaq təcrübəsi var?

Təhsil keyfiyyətini mən bəyınirəm, Sizin dediyiniz “hörmət” anlayışı yoxdur. Müəllimlərin maaşı 2-3 min avro arasıdında olduğuna görə buna ehtiyacları olmur.

 

– Ümumiyyətlə, təhsil aldığınız ölkədə tələbə-müəllim münasibətləri hansı səviyyədədir?

Bəzi müəllimlər istisna olmaqla yetərincə yaxşıdır. Elə olub ki, müəllim tələbəyə dərsdən sonra nəyisə izah etmək üçün nahara getmək şansını əldən verib. Bacardıqca kömək edirlər.

 

–  Fransa  ilə Azərbaycan təhsil sistemi arasında hansı fərqli cəhətlər diqqətinizi çəkir?

Dərsə getmək məcburiyyəti, qayıb sistemi yoxdur. Qiymət ancaq imtahanlardan alınır. İmtahanların demək olar, hamısı yazılı olur. Ola bilsin, 1-2 test imtahanı olsun ki, onun da əmsalı çox aşağı olur. İmtahana hansı sualın düşəcəyi barədə hec bir məlumatımız olmur. Keçən ilin imatahnlarından tapmaq olur, amma adətən, aralarında heç bir əlaqə olmur. Fənni başa düşməssəz, imtahanı verə bilmək şansınız demək olar ki, yoxdur. Yəni, əzbərçiliyin heç köməyi olmur. Mənim fikirimcə, burdakı təhsilin əsas üstünlüklərindən biri odur ki, fənn fənni kompensasiya edə bilir. Məsələn, bir fənndən  keçid balını toplaya bilməsəz, başqa fəndən yaxşı nəticə göstərib kəsildiyiniz fənni konpensasiya edə bilərsiz. Buda ona görə yaxşıdı ki, əgər hansısa fənn sizdə alınmırsa, buna görə diplomunuzdan məhrum olmursuz.

3

– Fransanın təhsil sistemi ilə tanış olduqdan sonra Azərbaycanın təhsil sahəsində nəyin dəyişməyini arzu edirsiniz?

Azərbaycanda bəzi universitetlərdə imtahanın test sistemində keçirliməsi. Tələbələrin imtahandan əvvəl sualların cavablarını əzbərləyib imtahan verməsi, hansını ki, bir vaxtdan sonra tamamı ilə unudması. Onların təhsilinə heç bir yardımı olmur.

 

– Fransaya getdikdən sonra ilk dövrlərdə hansı çətinliklərlə üzləşdiniz? Mühit, dil fərqi, o cümlədən fərqli mədəniyyət sizə necə təsir etdi?

Əslində ilk çətinlik fransız dilində idi: müəllimləri anlamaq və heç eşitmədiyim jarqon sözləri istifadə edərək çox sürətli danışan gəncləri anlamaq. Sənədlərin toplanması. Mədəniyyətə gəldikdə, Azərbaycanda bəzi normal qarşılanmayan şeylərə burda çox normal baxılır. Şübhəsiz, buna öyrəşmək bir az vaxt alır. Məsələn, dərsdə, toplantıda yüksək səslə burunlarını təmizləməri.

 

–  Yerli mətbəxə uyğunlaşa bilmisinizmi? Yoxsa hələ də rasionunuzda Azərbaycan mətbəxinə aid təamlar üstünlük təşkil edir?

Bəli, ən çox da fransız dessertlerini bəyənirəm. Özum adətən, Azərbaycan mətbəxinə aid yeməkləri hazırlıyıram, amma yeməkxanalarda əksər hallarda fransız mətbəxinə aid təamlar üstünlük təşkil edir.

 

– Sizi təəccübləndirən yeməkləri də var yəqin ki…

Əlbəttə, ancaq mən qaldığım yerdə çoxda yoxdu, amma bəzi yerlərdə qurbağa və ilbizi çox sevirlər. Burda isə donuzun içalatı və qannıdan hazırlanan kolbasa.

 

Bazarlıq, alış-veriş, yemək hazırlamaq, paltarları yumaq, ütüləmək – bu məsələləri necə yoluna qoyursunuz?

Bazarlıq və alış-verişi supermarketlərdən edirəm, Hərdən Almaniyaya gedirəm ora daha ucuz olduğuna görə. Yeməyi ortaq mətbəxlərdə, ya da ki yeməkxanada yeyirəm.  Paltar yumaq üçün maşınlar var ki, adətən ondan istifadə edirik. Dörd avro ödəməklə paltarı həmin maşında yumaq olur.

1

– Yaşadığınız ölkədə yaşayış şərtləri necədir, qida, mənzil,  eləcə də əcnəbilərə münasibət və s.?

Qiymətlər bir az bahadır. Xüsusən qida və mənzil qiymətləri  yüksəkdir. Əcnəbilərə münasibət isə çox yaxşıdır.

 

–  Sizcə, xaricdə təhsil almaq istəyində olanlar  universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?  

Xaricə gəlməmişdən öncə getdiyiniz ölkə və universitet barədə geniş araşdırma aparmalısınız. Oxumaq istədiyi sahənin hansı universitetdə daha yaxşı tədris edildiyi, universitetin səviyyəsi önəmlidir. Və bir də xarici tələbərə nə qədər kömək olunması da vacibdir.  Buna isə üniversitetin xarici tələbələrin sayına baxmaqla müəyyənləşdirmək olar.

 

– Ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, şübhəsiz ki, xaricdə təhsil alan tələbələrimizin də rolu əhəmiyyətlidir. Təbii ki, ən əsas məsələ Qarabağ problemidir. Bu istiqamətdə hansısa işlər görə bilmisinizmi?

Olmuş hadisələr haqqında əcnəbilərə informasiya verirəm.

 

 

Söhbətləşdi: Tural Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir