KISI-QADIN

Görərkən qaçmalı olduğunuz kişi və qadınlar

Baxış sayı: 1. 411

Sevgi asan görünsə də, əslində fədəkarlıq tələb edən incə, həssas bir mövzudur. Lakin bəzən həyatımıza daxil olan biri bu incə, zərif hissləri qırmaqdan çəkinmir. Psixologiya belə insanlara “sosyopot” adlandırır, əxlaq normaları isə belə insanları: “vicdansız, insafsız”,- deyə qeyd edir. Artıq necə adlandıracağınızın fərqi yoxdur, nəticədə qarşılaşdığınız an qaçmağınız lazım olan inanlar var ki, onları tanımalısınız. Həyat enerjinizi azaldan və gördüyünüz anda qaçmağınız lazım olan insanlar hansılardır, necə tanıya bilərsiniz?

“Gencaile.az” bu mövzuda öz tövsiyələrini təqdim edir.

 

Xaricdən özünəgüvənən biri kimi görünən, daxili özünə inamdan titrəyən

Belə insanlar siyahıda birincidir. Qadın, kişi fərqi yoxdur, xaricdən baxdığınız zaman sıxılan, yanına 5 metrdən çox yaxınlaşdırmayan, sənət, mədəniyyət kimi mövzulara hakim kimi görünən dostlardır. Bu insanların qoyduğu o müdafiə səddini  aşsanız, daxildə adi məlumatlara sahib, daxili boş, təxminən özünə inanmadığına görə komada olan bir dostla qarşılaşılaşacaqsınız. Belə insanlar fikirlərinizi qarışdırır, həmin dəqiqə tanıya bilməzsiniz. Əvəzolunmaz kimi dayanırlar, yalan demək onlar üçün sənətdir. Sizi veclərinə almamış kimi görünsələr də, sizin keçmişinizə qədər araşdırıblar. Sizin ondan üstün olduğunzu hiss etdikdə özlərinə çəkməyə başlayacaqlar. Bunu da təəssüf ki, öz uğursuzluqlarını sizinlə olan münasibətlərə görə olduğunu deyəcəklər.

Həmişə özlərindən danışırlar. Yüksək səslə söhbət edirlər. Dalaşqandırlar. Öyrənməkdən zövq alamdıqları üçün tez-tez kiməsə nəyisə öyrətməyə çalışırlar. Yalan deməkdən çəkinmirlər. Xarici görünüşə diqqət edirlər. Əsasən asosyaldırlar. Çox dostları yoxdur. Dalaşqan və kobuddurlar. Məni sevməyə məcbursunuz!

 

Hamısını sənin üçün edirəm!

Belə insanlar siyahıda ikincidir. Bu tipləri kəşf etmək çox vaxt tələb edir. Çünki gizlicə həyatınıza girirlər. Sizə etməyəcəkləri yaxşılıq, gözəllik yoxdur. Nəyisə istəyirsinizsə, deməyiniz bəsdir. Bu virus kimidir, əvvəl hiss etməyəcəksiniz, lakin zamanla həyatınızın artıq sizə aid olmadığını görəcəksiniz. Bir bataqlığa girmiş kimi olacaqsınız. çıxıb getmək itəyəndə “Amma mən sənin üçün…” ilə başlayan cümlələr eşidəcəksiniz.

Həmişə sizdən danışırlar. Keçmişinizi sizdən daha yaxşı bilirlər. Bütün sosial media hesablarınızı izləyirlər. Problemlərinizlə həddindən artıq maraqlanırlar. Gələcəyə dair uzun müddətli planları var. Həmişə gülür və pozitiv olmağa çalışırlar. Tale qismətə inanırlar.

Hələlik uzaq durmalı olduğunuz siyahısı burda bitir. Siz isə bəhs etdiyimiz bu xüsusiyyətlərin üçdən çoxunu daşıyan insanlardan uzaq durmağa, aşiq olmamağa çalışın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir